Əsas Səhifə > Cəmiyyət, Manşet > Fazil Mustafanın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» absurdu İranın işinə yaradı

Fazil Mustafanın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» absurdu İranın işinə yaradı


15-01-2015, 12:17
Fazil Mustafanın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» absurdu İranın işinə yaradı
DİA.AZ: - Bir neçə gün əvvəl ANS telekanalının efirində yayınlanan «Şəxsiyyət vəsiqəsi» verilişində millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın səsləndirdiyi iddiaların absurdluğu kifayət qədər müzakirə olunub. Gəlinən qənaət budur ki, deputatın fikirləri böyük əksəriyyətdə haqlı qıcıq yaradıb.

Amma görünəni odur ki, Fazil Mustafa təkcə yerli ictimai rəyin qəzəbini öz üzərinə götürməyib. Eyni zamanda düşmən dəyirmanına da su töküb. Əslində bu, ehtimal olunurdu da. Hər halda, Azərbaycan türkünün tarixi keçmişində şanlı bir səhifə kimi dəyələndirilən Babəkin mili kimliyinə və yazdığı qəhrəmanlıq tarixinə şübhə ilə yanaşan və «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» kimi təxribatçı fikirləri söyləməklə yanaşı, Azərbaycan türkünün öz tarixi torpaqlarında yaşama qədimliyini şübhəə almağa çalışan Fazil Mustafanın bu dediklərinin fürsətcil antiAzərbaycan qüvvələrinin işinə yarayacağını təxmin etmək çox asan idi.

Fazil Mustafanın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» absurdu İranın işinə yaradı

Oldu da. DİA.AZ xəbər verir ki, artıq İranın xüsusi xidmət orqanlarının nəzarətində olan və antiAzərbaycan ruhu ilə tanınan KİV-ləri artıq möhtərəm deputatımızın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» fikrini manşet edərək, öz maraqlarına uyğun şəkildə ictimailəşdirməkdədirlər.

Bəlkə də Fazil Mustafa iddia edəcək ki, mən bu fikirləri başqa konteksdə demişəm və yalnız «Azərbaycan» adını bir coğrafi məkan kimi qədim hesab etməmişəm. Amma fakt faktlığında qalır. Artıq möhtərəm deputatımız Azərbaycana düşmən mövqedə dayananların əlində bir malzəmə kimi istifadə olunmaqdadır.

Maləsəf…

Geri qayıt