Əsas Səhifə > Cəmiyyət, Manşet > Masallı məhkəməsinin hakimi bu qədərmi hökmlüdür?

Masallı məhkəməsinin hakimi bu qədərmi hökmlüdür?


14-01-2015, 12:06
Masallı məhkəməsinin hakimi bu qədərmi hökmlüdür?
Məhkəmə icraçılarının fəaliyyətsizliyi ilə bağlı vətəndaşlar tez-tez redaksiyamıza müraciətlər edirlər.
Əksər hallarda bu şikayətlər ailədaxili məsələlərə aid olur.
Bu günlərdə Tovuz rayon sakini Elbrus Bağırov məhkəmə icraçılarının fəaliyyətsizliyi ilə bağlı qafqaznews.org-a müraciət edib: “ 16 noyabr 2012-ci ildə mənim qızım Səadət Bağırova Ceyhun Mehrəliyev ilə ailə həyatı qurub. Bu icdivacdan İnci adlı qız dünyaya gəlib. Sonra ailə münasibətləri pozulduğu üçün ailə dağılıb və İnci anası ilə qalıb. Qızımın keçmiş həyat yoldaşı onlara maddi yardım göstərməyib və qızım İncini tək saxlayıb.
2013-cü ilin oktyabr ayında qızım aliment iddiası ilə Yasamal məhkəməsinə müraciət edib. Məhkəmə qızımın iddiasını təmin edərək 100 manat aliment müəyyən edib. Məhkəmənin qərarına görə, İncinin 3 yaşı olanadək Ceyhun Mehrəliyev alimentdən əlavə hər ay 40 manat ödəməlidir. Ancaq Ceyhun qərarla razılaşmayaraq apellyasiya şikayəti verib.
Ceyhun Mehrəliyev məhkəmədə bildirib ki, əvvəllər məhkum həyatı yaşayıb, hazırda işsizdir, ona görə də hakimdən qərarın ləğv olunmasını xahiş edib. Ancaq Apellyasiya məhkəməsi Yasamal məhkəməsinin qərarını qüvvədə saxlayıb”.
Müxbirimizin “ Bəs narazılığınız nədir?” sualına Elbrus Bağırov belə cavab verib: “ Məhkəmə icraçıları alimenti ala bilmir. Guya Ceyhun Mehrəliyevi tapmırlar. Əslində Ceyhunun bacısının əri, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovdan çəklinirlər”.
Şikayətçi onun dediklərini təsdiq edən Yasamal və Apellyasiya məhkəmələrinin qəararlarını bizə təqdim elədi.
Biz Ceyhun Mehrəliyevlə əlaqə saxladıq. O, bildirdi ki: “ Mən aliment verməkdən imtina eləmirəm. Sadəcə, hazırda mən işsizəm. Nə vaxt iş taparamsa alimenti ödəyəcəm”.
Elbrus Əliyevin dediyinə görə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədov əvvəllər məhkum edilmiş Ceyhun Mehrəliyevin yeznəsidir.
Bu hal nə qədər düzgündür?
Vəkil Yalçın Hüseynov bildirib ki, keçmiş məhkumun yaxın qohumunun məhkəmə hakimi olması məni təəccübləndirir.
“Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynov isə hesab edir ki, yaxın qohumu hansısa cinayət əməlində iştirak eləmiş şəxs hakim ola bilməz.
qafqaznews.org

Geri qayıt