Əsas Səhifə > Cəmiyyət, Manşet > Azad Rəhimovun yerinə kifayət qədər şanslı görünən kadr ortaya çıxarılır

Azad Rəhimovun yerinə kifayət qədər şanslı görünən kadr ortaya çıxarılır


9-01-2015, 17:11
Azad Rəhimovun yerinə kifayət qədər şanslı görünən kadr ortaya çıxarılır
DİA.AZ: - «Gənclər və İdman Naziri Azad Rəhimovun yerinə kadr hazırlanır». Bu ilginc məlumatı DİA.AZ-a məlumatlı mənbə ötürüb.

Xəbəri verən qaynaq iddia edir ki, GİN şefinə qarşı hərəkətdə olan qüvvələr hazırda Milli Məclisdə təmsil olunan gənc deputatlardan birini nazir görmək istəyirlər:

«Həmin gənc deputatın bir çox çevrələrlə sıcaq münasibəti var. Çox ciddi iş görürlər. Əməlli-başlı kampaniya aparılır. Plana görə, təyinata builki seçkilərə qədər nail olmalıdırlar. Alınmasa, yenidən parlament seçkilərində namizədliyi irəli sürüləcək gənc deputatın növbəti mərhələdə nazir postuna gətirilməsi üçün çaba sərf ediləcək».

Onu da bildirək ki, DİA.AZ həmin gənc namizədin kimliyi istiqamətində araşdırma aparır. Bu barədə əlavə bilgilərimizi diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qeyd edək ki, hazırda parlamentdə iki diqqətçəkən gənc deputat var. Onlardan biri Ceyhun Osmanlı, digəri isə Fuad Muradovdur.

Geri qayıt