Əsas Səhifə > Cəmiyyət, Manşet > KƏMALƏDDİN HEYDƏROV ÇƏTİN VƏZİYYƏTDƏDİR

KƏMALƏDDİN HEYDƏROV ÇƏTİN VƏZİYYƏTDƏDİR


22-05-2012, 15:23
KƏMALƏDDİN HEYDƏROV ÇƏTİN VƏZİYYƏTDƏDİR

HAKİMİYYƏT İÇİNDƏKİ QARA QÜVVƏLƏR FHN ŞEFİNİ NİYƏ ÇÖKDÜRÜR?

DİA.AZ: - Uzun müddət hakimiyyətin ən təsirli rıçaqlarının birinin sahibi kimi diqqətləri cəlb edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun özü bu gün çətin duruma qalıb. Bu barədə məlumat Nazirlər Kabinetindəki mənbələr tərəfindən DİA.AZ-a ötürülüb. Xəbəri verən qaynaq iddia edir ki, artıq FHN şefinə qarşı çox ciddi cəbhə formalaşıb ki, bu proses də birbaşa olaraq Prezident Administrasiyası, konkret olaraq PA rəhbəri Ramiz Mehdiyev tərəfindən idarə olunur.

Məlumatı verən mənbə idida edir ki, «fövqəlnazir»ə qarşı parlamentdə də bir kampaniyaya start verilə bilər. Xatırladaq ki, dünənki məlumatlarımızın birində vurğulamışdıq ki, bu gün şər və böhtan nəticəsində qanunsuz olaraq həbsdə saxlanılan «Kür» Vətəndaş Cəmiyyəti Qərərgahının koordinatoru Oqtay Gülalıyev də PA-da hazırlanan plan əsasında Kəmaləddin Heydərovun adamı kimi «vurulub». Bu barədə verilən xəbərlərə görə, sözügedən qüvvələr Oqtay Gülalıyevi «yuxarılara» təxribatçı kimi təqdim etməklə yanaşı, onun Kəmaləddin Heydərovun dəstəyi ilə hərəkət etməsi barədə absurd iddianı da ortaya qoyublar. Lakin onların bu planı tam olaraq həyata keçməyib. Oqtay Gülalıyev həbs olunsa da, bu işin FHN şefinin ayağına calanması mümkünsüz olub. Məlumatlarda deyilir ki, bütün bu prosesdən tam xəbərdar olan Kəmaləddin Heydərov da rəqiblərinə qarşı hərəkət etməklə yanaşı, həm də Oqtay Gülalıyevin azadlığa çıxması yönündə də iş aparır.

Amma hələlik rəqibləri Kəmaləddin Heydərovu üstələmək üzərədir. Məlumatı verən mənbə idda edir ki, Milli Məclisin iclaslarının birində FHN-nin fəaliyyəti ilə bağlı müzakirələr açılacaq, bundan sonra Kəmaləddin Heydərov müxalifət mətbuatını maliyyələşdirmə ittihamının hədəfinə çevriləcək: «Eynən Fərhad Əliyevə qarşı işlənən plandır. Onu da bu şəkildə gözdən saldılar. İndi də Kəmaləddin Heydərova qarşı eyni qaydada hakimiyyət daxilində etimadsızlıq mühiti yaratmağa çalışırlar».

Mənbəmiz bildirir ki, bundan sonra Kəmaləddin Heydərovun əlindəi iqtisadi rıçaqların alınması məsələsi də gündəmə daşınacaq. Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt