Əsas Səhifə > Cəmiyyət, Manşet > Rəsmi Bakıdan Fətullah Gülən cameəsinə yeni il sürprizi - Vergilər nazirliyi iki nüfuzlu şirkəti yoxlayır

Rəsmi Bakıdan Fətullah Gülən cameəsinə yeni il sürprizi - Vergilər nazirliyi iki nüfuzlu şirkəti yoxlayır


5-01-2015, 15:04
Rəsmi Bakıdan Fətullah Gülən cameəsinə yeni il sürprizi - Vergilər nazirliyi iki nüfuzlu şirkəti yoxlayır
DİA.AZ: - Bakıda Fətullah Gülən cameəsinə aid iki şirkətdə Vergilər Nazirliyi tərəfindən yoxlamalar başlayıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən nazirlikdəki qaynaq iddia edir ki, yoxlmalar məxfi şəraitdə aparılır.

Mənbənin söylədikləri: «Hər iki tərəf yoxlama ilə bağlı susur və ictimaiyyəti məlumatlandırmaqda maraqlı görünmür. Bu isə kifayət qədər şübhəli bir situasiyadan xəbər verir».

Mənbə dia.az-a açıqlamasında onu da bildirir ki, yoxlamanın aparıldığı şirkətlərdən biri Türkiyənin tanınmış biznes strukturlarından birinin Azərbaycan uzantısıdır: «Məsələ çox ciddidir. Həmin şirkətlərin bağlanması ehtimalı yüksəkdir. Yaxın vaxtlarda rəsmi şəkildə məlumatın açıqlanacağı şübhəsizdir».

Onu da qeyd edək ki, DİA.AZ olaraq yoxlama aparılan şirkətlərlə bağlı və ümumiyyətlə, proseslə əlaqədar araşdırma materialımız olacaq. Bizi izləyin…

Geri qayıt