Əsas Səhifə > Cəmiyyət, Manşet > “Aztelekom” şefinə işçisindən şok ittihamlarla dolu şikayət məktubu ünvanlandı

“Aztelekom” şefinə işçisindən şok ittihamlarla dolu şikayət məktubu ünvanlandı


19-12-2014, 10:59
“Aztelekom” şefinə işçisindən şok ittihamlarla dolu şikayət məktubu ünvanlandı
DİA.AZ: - Redaksiyamıza “Şamaxı rayon Telekommunikasiya Qovşağının kollektivi” adından “Aztelekom” İstehsalat Birliyinin rəhbəri Məhəmməd Məhəmmədova ünvanlanmış şikayət ərizəsi daxil olub. DİA.AZ olaraq həmin müraciəti bəzi ixtisarlarla təqdim edirik:

“Yazıb, bildiririk ki, Şamaxı rayon T.K.Q-də neçə illərdir ki, həmin idarənin müdiri Faiq Hümbətovun qanunsuz əməlləri davam edir. F.Hümbətov idarənin dörd yüz min manata qədər vəsaitini qanunsuz yollarla mənimsəmişdir. Belə ki, idarənin DSMF-yə, vergi idarəsinə və digər təşkilatlara köçürməli olduğu pullar mənimsənilib. Hətta işçilərdən tutulan gəlir vergiləri də mənimsənilmişdir. İki ildir ki, idarənin bank hesabları bağlanmışdır. İşçilərə verilməli olan rüblük mükafatlar, müalicə xərcləri və 13-cü əmək haqları mənimsənilir.

İşçilər hər ay 90 min manata qədər vəsait toplanmasına baxmayaraq, 3 aydan bir əmək haqqı alırlar. İdarənin 30-40 nəfərə yaxın gizli işçiləri var. Son bir ayda 10 nəfərə yaxın işçi işə qəbul olunub. Hümbətovun Qobustan rayonunda “Diri Baba” adlı şirkəti vardır. O, saxta sənədlər tərtib etməklə idarənin vəsaitini həmin təşkilata köçürür və pullar oradan mənimsənilərək götürülür.

Bu yaxınlarda Quşçu kəndinə yeni kabel xətti çəkilməli idi. Həmin 20 km xətt satılaraq Hümbətov tərəfindən mənimsənilmişdir. Çıraqlı kəndinə çəkilən kabel xətti xüsusi briqada tərəfindən çəkilməli idi. Hümbətov həmin xətti öz işçilərinə çəkdirərək, onun üçün ayrılmış külli miqdarda vəısaiti mənimsəmişdir. İdarədə 2 əməkhaqqı “vedomost”u var ki, bunlardan birinə yaxın işçiləri qol çəkib pul götürür, digəri isə karta buraxılır. İdarənin toplanan pulları inkasator vasitəsi ilə banka göndərilməli olduğu halda, qeyri-qanuni kassir ştatı fəaliyyət göstərir”.

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt