Əsas Səhifə > Cəmiyyət, Manşet > Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?

Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?


9-12-2014, 14:16
Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?
DİA.AZ: - Məlum olduğu kimi Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən, yeni istifadəyə verilmiş körpüdən 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabad 5 saylı məktəbdə müəllim işləyən Əhliman Hüseynov ona məxsus “07” markalı maşınla Kür çayına düşüb və maşındakı qonşusunun qızı, 9 yaşlı Hüseynova Güldəstəni xilas edərək özü suda batıb.

Hər halda, Əhliman müəllimin acı həyat sonluğu bir çoxlarının içini göynədib. Sağlığında yaxşı insan+ gözəl müəllim kimi tanınan Əhliman müəllim hadisə baş verdiyi gün hər zaman olduğu kimi, çalışdığı şəhər məktəbinə yaşadığı kənddən 4 şagirdini də gətirib. Lakin, həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib.

Əhliman müəllim yaxşı üzə bilsə də, Güldəstəni maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. O, qışqırmağa başlayıb ki, “Kömək edin, daha taqətim tükənir. Bunu eşidənlər maşınlarını saxlayaraq Kür aşağı sahillə ona tərəf qaçmağa başlayıblar. Qaçanlar arasında Türkədi kənd sakini Şıxəliyev Dəyanət Maqsud oğlu da olub. Dəyanət qızcığazı xilas edən Əhliman müəllimin bərabərinə çatdıqda heç kimə qulaq asmadan suya atılıb və onlara tərəf üzməyə başlayıb. Əhliman müəllim qızı Dəyanət onlara 2-3 metr qalmış ona tərəf itələyərək batıb. Dəyanət isə uşağı tutub sahilə doğru üzməyə başlayıb. Ancaq onun da taqəti tükənməyə başlayanda ona tərəf kəndir atıblar. Beşinci cəhddə Dəyanət kəndiri tuta bilib və özü də, qız da xilas olub.

DİA.AZ bildirir ki, maləsəf Əhliman müəllim etdiyi insanlığın qarşılığını görmədi. Sabirabad rayonunun yerli icra orqanları hələ də bu adamın cəsədinin təbii yolla su üzünə çıxmasını gözləyirlər.

DİA.AZ-a bu barədə danışan rayon sakinləri bildirir ki, mərhumun avtomobili belə sudan çıxarılmayıb: «Müəllimin cəsədini isə axtaran yoxdur. Yalnız bir-iki qohumu gecəli-gündüzlü suyun kənarında növbə çəkirlər ki, meyit çıxarsa, götürsünlər. Yerli icra hakimiyyəti isə bu hadisədə rəsmən yaxasını kənara çəkib».

Təbii ki, Əhliman müəllimin etdiyi hərəkət təqdirolunmalıdır. Bu gün öz canı bahasına bir canı qurtarmaq böyük rəşadət hesab olunduğu halda, yerli icra qurumları bir yana, Azərbaycanın təhsil nazirliyinin Əhliman müəllimin bu faciəli aqibətinə nədən biganə yanaşdığı heç də anlaşılan deyil.

Hər halda, möhtərəm Mikayıl Cabbarovun əlinə gözəl bir fürsət düşüb ki, yetişdirdiyi şagirdlərə - Azərbaycan balalarına yaxşı bir nümunəni göstərsin. Həmin nümunə uzaqda deyil. O da bir təhsil işçisi idi. Və bu gün Mikayıl Cabbarov Əhliman müəllimə sahib çıxmaq zorundadır. Çıxmayacaqsa, bu Azərbaycan təhsilinin adına növbəti ayıb olacaq…

Sonda… Hələlik Kürün soyuq suları Əhliman müəllimin cəsədini öz ağuşunda saxlayır. Çünki insanların soyuqluğunu görür və ona bu gün Kürün soyuqluğu daha hərarətlidir, nəinki bu insanların soyuqluğu…

P.S. Möhtərəm nazir. Bu müəllimin həyat hekayəti əsl dərslik materialıdır. Sizcə belə deyilmi?

Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?
Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?
Mikayıl Cabbarov sabirabadlı müəllimin faciəli həyatını nədən örnəyə çevirmir ki?
Geri qayıt