Əsas Səhifə > Cəmiyyət, Manşet > Rövnəq Abdullayev sirli qohumunun buraxdığı çirkli ləpirləri təmizlətdirir

Rövnəq Abdullayev sirli qohumunun buraxdığı çirkli ləpirləri təmizlətdirir


2-12-2014, 13:58
Rövnəq Abdullayev sirli qohumunun buraxdığı çirkli ləpirləri təmizlətdirir
DİA.AZ: - Bir zamanlar dövrü mətbuatda “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı açıqladığı səs-küylü hesabat bir çoxlarına ciddi başağrısı yaratdı. Doğrudur, indi elə bir təəssürat yaranıb (yaradılır) ki, sanki hər şey yolundadır. Amma DİA.AZ-a daxul olan son informasiyalardan aydın olur ki, vəziyyət heç də göründüyü kimi deyil. Xatırladaq ki, “Global Witness”in hesabatında adı çəkilən açar fiqur – Anar Əliyev idi ki, o da Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin doğmaca dayısı oğludur.

Dia.az-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, kifayət qədər gənc olan Anar Əliyev əslində Rövnəq Abdullayevin gizli biznesini yönəldən “potstovnoye litso”dur ki, onun da ifşası məhz ARDNŞ şefinə problemlər yaradıb.

Qeyd edək ki, sözügedən hesabatda Anar Nüsrət oğlu Əliyevin 1978-ci ildə Naxçıvanda doğulduğu əksini tapıb. Sənəddə onun əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığı, qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğuna dair məlumatlar da yer alıb.

Rövnəq Abdullayev sirli qohumunun buraxdığı çirkli ləpirləri təmizlətdirir

Anar Əliyevin adı hesabatda keçən qardaşı, SOCAR-ın İnformasiya Texnologiyaları Departamentinin satınalmalar üzrə meneceri Bədəl Əliyev 1976-cı il təvəllüdlüdür. Bədəl Əliyevdən başqa daha 2 qardaşı var – Nihat və Nicat. Nihat Əliyev SOCAR-ın satış direktorudur. Nicat Əliyev də SOCAR-la bağlı işlərlə məşöğuldur, amma rəsmən onun işçisi deyil.

Onu da bildirək ki, hələ də mətbuatda Anar Əliyevin Rövnəq Abdullayevlə hansı formada qohumluq bağlarının olması ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Bu günə kimi 3 versiya səslənib - Rövnəq Abdullayevin qardaşı oğlu, dayısı oğlu və bacısı oğlu.

Əslində önəmli olanı heç də bu deyil. Dia.az-a danışan məlumatlı mənbə bildirir ki, bu günlərdə media qarşısına çıxan Anar Əliyev özünü bir müstəqil iş adamı kimi də tanıtdırmağa çalışdı: “Təbii ki, bu gün belə bir tanıtıma bunların ciddi ehtiyacı var. Xüsusən də Rövnəq Abdullayevin. Çünki Rövnəq Abdullayev qohumuna – həm də onun biznesini yönəldən adamına görə bu gün əslində bütünlükdə olaraq Azərbaycan hakimiyyətini hədəfə çevirmiş oldu”.

Mənbənin bildirdiyinə görə, aradan xeyli vaxt keçsə də, ARDNŞ şefinə Anar Əliyevin “ləpirlərinin” təmizlənməsi barədə xüsusi tapşırıq verilib: “Bu gün ARDNŞ şefinin elçiləri müxtəlif ünvanları dolaşırlar. Hər halda vəziyyət kifayət qədər ciddidir”.

Qeyd edək ki, DİA.AZ-a Anar Əliyevlə bağlı yeni bilgilər də ötürülüb ki, həmin faktları da diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

Geri qayıt