Əsas Səhifə > Cəmiyyət, Manşet > Qobustan sakininin halalca torpağını satan yerli məmurlar ondan indi əlavə 5000 manat istəyirlər

Qobustan sakininin halalca torpağını satan yerli məmurlar ondan indi əlavə 5000 manat istəyirlər


21-11-2014, 11:11
Qobustan sakininin halalca torpağını satan yerli məmurlar ondan indi əlavə 5000 manat istəyirlər
DİA.AZ: - Qobustan rayon Ximilli kəndində yaşayan Zülfüqarov Şahkərəm Şahkərəm oğlu və onun ailə üzvləri Zülfüqarova Şairə Şahkərəm qızı, Zülfüqarov Qafar Şahkərəm oğlu, Zülfüqarov Xəyal Şahkərəm oğlu, Zülfüqarov Şəhadət Şahkərəm oğlu və Zülfüqarov Səhminə Şahkərəm qızı prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Qobustan rayon Ximilli kəndində 1999-cu ildə aparılan aqrar islahatlarla əlaqədar bizə Qobustan rayon Ximilli kəndində 17.3 hektar torpaq ərazisi verilmişdir. 2013-cü ildə bu torpaq sahəsinin mənə məxsus hissəsini yəni 5 hektarını bələdiyyə rəisi Mirzəyev Namiq Bəybala oğluna 5000 manata satdım. Onlar isə sonradan keçmiş Qobustan rayon notariusunun rəsi ilə əlbir olub saxta sənədlər hazırlayaraq, cinayət yolu ilə məndən torpaq aktını aldadıb alaraq ki, 5 hektarı sənədləşdirəcəyik - sonradan məlum oldu ki, onlar bizim bütün ailəmizin torpağımı mənimsəmişdirlər. Həmin dövrdən etibarən mənim ailə üzvlərim öz torpaqları qanunsuz zəbt edildiyi üçün istifadə edə bilmirlər.

Bizim zəbt edilmiş torpaq sahəsini bələdiyyə rəisi və qardaşı Mirzəxan əkib becərir hətta ildə 40 manat dövlət tərəfindən əkinə verilən məvacibi də mənimsəyirlər. Bu barədə bir çox Qobustan rayon vəzifəli şəxslərinə desək də, heç bir köməkdarlıq edən olmamışdır. Sonradan bir neçə dəfə Qobustan rayon İcra Hakimiyyətinin başçısına müraciət etdik. Hətta sonuncu dəfə icra başçısı məni kobudcasına təhqir etdi və bildirdi ki, sənə satılan 5 hektar yerin yəni 5000 manatı qaytar, yer hamısı sənə veriləcək... əks halda səni tutduracam, prokurorluğa verəcəm... bu nə deməkdir vətəndaş niyə tutulmalıdır ki, hətda bələdiyyə rəisi və icra nümayəndəsi də mənimlə üzləşməyə çağırdı, onlarda deməyə söz tapmadıqdan sonra mənə bu sözləri dövlət məmuru dedi. Belə də ki, mən 40 ildən çoxdur Azərbaycan Respublikasına xidmət etmişəm, biz ailəmlə burda yaşayır, vətənimizi, xalqımızı sevirik, hörmətli prezdentimizi dəstəkliyirik və siyasətin bəyənirik və daima ona sadiqik, ailə üzvlərimiz hamısı YAP-ın üzvüdürlər, amma Qobustan rayon məmurları məni elə edir ki, mən məcbur qalıb ailəmlə birlikdə digər ölkədə sığınacaq axtarmağı qərarına gəlmişik, burda bizi məcbur edirlər, yaşamağa imkan vermirlər.

Bu ədalətsizlikləri heç bir dövlət orqanı araşdırmamış, hətta gözləri bununla doymadığından kəndin əkin sahələrinə yararlı olan qara torpağını gündə minlərlə maşınlara yükləyib satılırdı, camata qayğı göstərilmir.

Sizdən xahiş edirəm ki, Ximilli kəndinin Mirzəyevlər qoçuları heç bir dövlət orqanların saymadıqları üçün və kəndin keçmiş kolxoz sədri Mirzəxan, onun qardaşı hal hazırda irsi vəzifədə olan bələdiyyə rəisi Namiq adlı şəxslər barədə ciddi tədbir görəsiniz, Zülfüqarovlar ailəsinə məxsus 12.3 hektar torpağın ailəmizə qaytarılmasına köməkdarlıq edəsiniz”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt