Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azərsun" Türkiyə şirkətlərini Azərbaycandan qaçaq salıb...

"Azərsun" Türkiyə şirkətlərini Azərbaycandan qaçaq salıb...


17-11-2014, 14:26
"Azərsun" Türkiyə şirkətlərini Azərbaycandan qaçaq salıb...
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən noyabr ayının 1-dən etibarən Türkiyədə istehsal edilmiş bitki yağlarının Azərbaycana idxalına qadağa qoyulub. Məlumata əsasən «Yonca» , «Kırlanqıc», «Sunar» kimi məşhur bitki yağları markalarının idxalına qoyulan qadağa rəsmi deyil.

Bu məhsulların idxalının dayandırılması ilə bağlı bu gün geniş yazımız olacaq. GUNDEMİNFO.AZ-ı izəlyin.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində noyabr ayının 1-dən etibarən Türkiyədən ölkəmizə bitki yağlarının idxalına qoyulan qadağa qeyrim-rəsmi xarakterlidir. İş adamları deyir ki, qadağa yalnız üzərində «Azərbaycan üçün idxal edilmiş» sözləri yazılan məhsullara şamil edilmir. Məlumatlara əsasən artıq Azərbaycanda Türkiyənin məşhur bitki yağları firmalarının məhsullarının satışı, daha dəqiqə qablaşdırılması həyata keçirilir.

Araşdırmalar zamanı bəlli oldu ki, Azərbaycanın xarici ölkələrdən bitki yağları idxal etdiyi ölkələr arasında Rusiya da var. Hazırda ölkə daxilində «Zoloto» bitki yağlarının heç bir problem olmadan satışı həyata keçirilir. Sahibkarlar Rusiyadan bitki yağlarına heç bir problemin yaradılmadığını iddia edirlər.

Azərbaycan ərazisində tədarük edilən qarğıdalı toxumlarının ümumi həcmi ölkə daxilində təkcə məişətdə istifadə edilən qarğıdalı yağları üçün deyil, həmçinin də broyler fabrikləri üçün də tələb edilir. Bu səbəbdən də daxildə tədarük edilən qarğıdalı toxumlarının yetərli həcmdə olmadığı bəllidir. Ölkə ərazisində hətta Geni Modifikasiya Olunmuş (GMO) qarğıdalı sortları da əkilir. Məsələn “Dəvəçhi Broyler” ASC Kürdəmir və Ağsuda 400 ha sahədə Amerikanın “Monsanto” şirkətinin sənaye qarğıdalısı toxumundan istifadə edir. Hətta bu şirkətin məhsullarını əkib-becərən «Dəvəçi broyler» iddia edir ki, toxumlar Türkiyədən gətirilir və orada da GMO qadağandır. Lakin ekoloqlar da ciddi narahatdır. Onların fikirincə “Monsanto” şirkəti dünyada GMO istehsalçısı kimi məşhurdur. Bu il qarğıdalı yetişdirilən torpaq gələn il ölü olacaq və məhsul vermir. Bundan başqa, “Qarabağ Taxıl” MMC alınan toxumu yenidən səpə bilməyəcək. Başqa sözlə, “Monsanto” şirkəti öz məhsulundan asılı vəziyyət yaradır.

Deməli Azərbaycan ərazisində tədarük edilən qarğıdalı yağları ilə bağlı vəziyyət də ürəkaçan deyil. Hətta daxildə tədarük edilən qarğıdalı yağları ilə bağlı olaraq aparılan araşdırmalar da onu göstərir ki, istənilən halda Azərbaycan ərazisində qarğıdalı yağlarının tədarükü və istehsalı daxili təlabatda keyfiyyət və kəmiyyəti təmin edə bilməz.

Araşdırmalar zamanı bəlli olur ki, əslində Azərbaycanın daxili bazarlarında bitki yağları üzrə əsas inhisarçı şirkət «Azərsun holdinq» dir. Bu şirkətin isə öz hesabına əkin sahələrindən toplaya biləcəyi qarğıdalı toxumları heç də ümumi təlabatın hamısını təmin edə bilməz. Deməli, bazarda əsas inhisarçılar Türkiyədən idxal edilən bitki yağlarına qadağa qoymaqla, keyfiyyəti də aşağı salmalı olacaqlar. Çünki Türkiyədən idxal edilən bitki yağları ilə Azərbaycan daxilində istehsal olunan bitki yağları arasında ciddi qiymət fərqləri yox idi. Nəticə etibarilə də keyfiyyət məsələsində «Azərsun» türk şirkətlərinə uduzurdu. Və elə türk kapitalı ilə qurulmuş «Azərsun» buna da nail ola bildisə…

Araşdırmalarımız davam edir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Geri qayıt