Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Universitet tələbələri qanunsuz pul yığımından şikayətçi düşüblər

Universitet tələbələri qanunsuz pul yığımından şikayətçi düşüblər


3-11-2014, 14:41
Universitet tələbələri qanunsuz pul yığımından şikayətçi düşüblər
DİA.AZ: - Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri adından DİA.AZ-a ilginc bir çüraciət daxil olub. Redaksiyamızın elektron poçtuna yazan tələbələr dia.az-a bildirirlər ki, adlarını açıqlamağa ehtiyatlanırlar. Amma buna rəğmən onlar ciddi ittihamlar səsləndirirlər.

Həmin müraciəti təqdim edirik:

“Aprel-may aylarında fakültə dekanı Mübariz Yusifovun tapşırığı ilə laborant bir xanım məcburi şəkildə fakültədə biz tələbələrdən universitetin döşəməsinə sərməkdən ötrü xalça və pəncərələr üçün jalüz almaq adı ilə pul yığdı. “Demaqoq” hesab etdikləri bəzi tələbələri bu işə qatmadılar. Pul məcburi şəkildə əksər tələbələrdən alındı.

Başa düşə bilmirik, biz GDU-ya təhsil haqqı ödəyirik, hələ jalüz pulunu da verməliyik. Biz bura oxumağa gəlmişik, yoxsa xalça, jalüz almağa? Məcburi şəkildə biz pulları verdik. Artıq oktyabr ayı sona çatır. Biz yay tətilindən qayıdanda gördük ki, nə xalça, nə də jalüz alınmayıb. Ona görə də biz tələb edirik ki, bizim pullarımizı həmin laborant xanım qaytarsın. Yuxarı 4-cü kurs tələbələrinin pulları qaytarılsa da, o, bizim pulları geri verməkdən imtina edir.

Biz valideynlərimizə də demişik, valideynlərimiz təhsil naziri Mikayıl Cabbarova müraciət etmək niyyətindədir”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt