Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirlər Kabinetində yaş senzinə söykənən növbəti dəyişiklik dalğası gözlənilir

Nazirlər Kabinetində yaş senzinə söykənən növbəti dəyişiklik dalğası gözlənilir


27-10-2014, 15:40
Nazirlər Kabinetində yaş senzinə söykənən növbəti dəyişiklik dalğası gözlənilir
DİA.AZ: - Nazirlər Kabinetində yeni kadr islahatları gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki bilgili qaynaqlar informasiya verib.

Xəbəri verən mənbənin iddialarına görə, bu dəyişikliklər baş nazir dəyişikliklərindən erkən baş tutacaq.

Mənbənin dia.az-a söylədikləri: «Nazirlər Kabinetinin başçısı postunda da dəyişiklik planlaşdırılır. Amma əsas kadr islahatları baş nazirin gedişinə qədər reallaşacaq. Belə ki, baş nazirin iki müavininin, həmçinin NK-nın strukturlarına aid 4 rəhbər işçinin vəzifələrindən azad edilməsi gözlənilir».

Mənbə bildirir ki, kadr islahatları zamanı əsasən yaşı 65-dən yuxarı olan vəzifəli şəxslər işdən çıxarılacaq.

Geri qayıt