Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağsu rayonunun növbəti icra başçısının kimliyi məlumdur - Rayonda mənsəb sahibi olan şəxs idarə müdiridir

Ağsu rayonunun növbəti icra başçısının kimliyi məlumdur - Rayonda mənsəb sahibi olan şəxs idarə müdiridir


16-10-2014, 13:14
Ağsu rayonunun növbəti icra başçısının kimliyi məlumdur - Rayonda mənsəb sahibi olan şəxs idarə müdiridir
DİA.AZ: - Ağsu rayonunun növbəti icra hakimiyyəti başçısının kimliyi məlumdur. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən hazırki icra başçısı Ənvər Seyidəliyevin yerinə elə rayondan namizəd tapılıb.

Mənbə dia.az-a növbəti başçının kimliyini açıqlamasa da, həmin şəxsin Bakı ilə danışıqlar apardığını və Ağsuda müəssisə rəhbəri olduğunu söyləməklə yetindi.

Onu da bildirək ki, təkcə Ağsu yox, eyni zamanda paytaxt Bakının və Bakı rayonlarının, habelə daha bir neçə əyalət rayonunun icra hakimiyyəti başçısının vəzifələrindən azad ediləcəyi gözlənilir. Və bu proses qarşıdan gələn parlament seçkilərinə qədər çəkə bilər.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Ağsu RİH rəhbəri Ənvər Seyidəliyev elə ƏƏSMN şefinin çətiri altındadır.

Geri qayıt