Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakıda Türkiyənin məşhur restoranlar şəbəkəsinin fəaliyyəti araşdırılır

Bakıda Türkiyənin məşhur restoranlar şəbəkəsinin fəaliyyəti araşdırılır


1-10-2014, 14:20
Bakıda Türkiyənin məşhur restoranlar şəbəkəsinin fəaliyyəti araşdırılır
DİA.AZ: - Bakıda daha bir şirkət fəaliyyətini dayandıra bilər və həm də Fətullah Gülənə yaxınlığı səbəbindən. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xəbəri verən qaynaq iddia edir ki, bu günə kimi Azərbaycan paytaxtında özünə kifayət qədər samballı er tutmağa müvəffəq olan «Anadolu» restoranlar şəbəkəsi Fətullah Gülən cameəsinə yaxınlığı səbəbindən ölkəmizdən getmək zorunda qalıb.

Məlumatı verən qaynağın bildirdiyinə görə, bu dəfə nurçu şirkətlərə qarşı istifadə olunan ənənəvi üsuldan istifadə olunmur.

Mənbənin dia.az-a söylədikləri: «Restoranlar şəbəkəsinin fəaliyyətini vergilər nazirliyi tərəfindən araşdırılır. Burada başlıca məqsəd şirkətin Azərbaycandan çıxarılmasından ibarət olduğundan, vergi yoxlamalarının hansı nəticəyə gələcəyini bəri başdan təxmin etmək olar».

Mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt