Əsas Səhifə > Cəmiyyət, Manşet > Siyəzən rayon icra hakimiyyətinin başçısı Bakıya vəzifəyə gətirilə bilər

Siyəzən rayon icra hakimiyyətinin başçısı Bakıya vəzifəyə gətirilə bilər


15-09-2014, 14:38
Siyəzən rayon icra hakimiyyətinin başçısı Bakıya vəzifəyə gətirilə bilər
DİA.AZ: - Daha bir rayonun icra başçısının ənənəvi 5 illik vəzifə müddəti bitməmiş yola salınacağı söylənilir. Bu barədə DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qaımovla bağlı verilməsi gözlənilən qərar onun “vurulması” anlamını daşımır. Belə ki, Arif Qasımovun Bakı rayonlarının birinə icra başçısı gətiriləcəyi deyilir.

Dia.az-a danışan mənbə iddia edir ki, dəyişiklik yaxın günlərdə baş tuta bilər. Məlumata görə, Arif Qasımovla yanaşı daha 2 əyalət rayonunun rəhbərinin də Bakıda vəzifə alacağı gözlənilir.

Qeyd edək ki, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.

Geri qayıt