Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Ölkənin ərzaq bazarının yarısına nəzarət edən «Azərsun» Holdinq satışa çıxarıldı

Ölkənin ərzaq bazarının yarısına nəzarət edən «Azərsun» Holdinq satışa çıxarıldı


4-09-2014, 14:47
Ölkənin ərzaq bazarının yarısına nəzarət edən «Azərsun» Holdinq satışa çıxarıldı
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza ilginc bir informasiya daxil olub. Məlumatlı mənbələrdən DİA.AZ-a .türülən informasiyada qeyd olunur ki, bu günlərdə adı yezidi kürdlərə dəstək verməkdə çıxan, lakin sonradan Şimali İraqdakı azərbaycanlılara yardım etmək zorunda qalan «Azərsun» Holdinqin prezidenti Abdolbari Goozal Azrbaycandakı sərvətini satışa çıxarıb.

Məlumatı verən qaynaq iddia edir ki, ümumilikdə olaraq Azərbaycanda 3 milyard ABŞ dolları həcmində sərvətə malik olan Abdolbari Goozalın belə bir qərarı verməsi müəmmalarla doludur.

Mənbənin dia.az-a söylədikləri: «Abdolbari Goozal hakimiyyətin qəzəbinə tuş gəlib. Hələlik konkret nəyin baş verdiyi aydın deyil. Lakin Abdolbari Goozal artıq bir neçə şəxslə şirkətinin satışa çıxarılması ilə bağlı görüşlərə başlayıb».

Əlavə bilgilər olacaq.

Geri qayıt