Əsas Səhifə > Cəmiyyət, Manşet > Aydın Əliyev gömrük sistemində hansı maxinasiyaları həyata keçirir?

Aydın Əliyev gömrük sistemində hansı maxinasiyaları həyata keçirir?


8-08-2014, 12:18
Aydın Əliyev gömrük sistemində hansı maxinasiyaları həyata keçirir?
DİA.AZ: - Dövlət Göçrük Komitəsinin sədri Aydın Əliyevin böyük bir korrupsiya maşınının sükanı arxasında əyləşdiyi kimsəyə sirr deyil. Hər halda bu gün Azərbaycan gömrüyündə baş verənlər də təsdiqləıyir ki, Aydın Əliyev milyonları təkcə dövlətdən gizlətmir, eyni zamanda siyasi hakimiyyətə də saxta hesabatlar verərək, külli miqdarda pulu mənimsəməkdədir. DİA.AZ olaraq Azərbaycan gömrükçülərinin elə özlərinincə açıqladığı rəqəmlərdəki korrupsiya elementlərini diqqətinizə təqdim edirik.

Beləliklə, verilən hesabatlardan aydın olur ki, bu ilin iyulunda Azərbaycan gömrüyü dövlət büdcəsinə idxal-ixrac əməliyyatları üzrə rüsum və vergi kimi 135 milyon 255,4 min manat təmin ediblər. Qeyd edək ki bu rəqəm ötən aydakından 0,1% azdır.

Əsas gömrük mədaxili mənbəyi olan idxal həcmi martdan azalsa da, gömrükçülər hər ay təxminən eyni məbləğdə vəsait yığır – 135 milyon manat. Bu, isə kifayət qədər şübhəlidir. Ən azından korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının diqqətini cəlb edə biləcək qədərində şübhəlidir. Amma buna baxmayaraq gömrük mədaxilinin tərkib hissəsləri isə dəyişir. Məsələn, iyulda gömrük yığımı 50 milyon manat, ƏDV 78 milyon 775 min manat olubsa da, iyun ayında bu göstəricilər müvafiq olaraq 63,5 milyon və 66 milyon manat təşkil edib.

Aydın görünür ki, gömrükçülərin zərgər işi bu il üçün 1 milyard 510 milyon manat planı ödəməyə yönəlib. DİA.AZ bildirir ki, əslində bu yolla Aydın Əliyevin böyük gəlirləri gizlətməsi də ortaya çıxır. Necə ola bilər ki, bütün aylarda eyni həcmdə gömrük yığımı baş versin?

Qeyd edək ki, ilin 7 ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 868 milyon manat yönəldilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 13,4% çoxdur.

Biz rəqəmləri açıqladıq... Araşdırmaq isə bizim işimiz deyil...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt