Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycan Ordusu 90 erməni əsgərini məhv etdi

Azərbaycan Ordusu 90 erməni əsgərini məhv etdi


4-08-2014, 14:50
Azərbaycan Ordusu 90 erməni əsgərini məhv etdi
Ermənistanda sosial şəbəkələrində döyüş bölgəsində son günlər cərəyan edən hadisələrlə bağlı ciddi müzakirələr getməkdədi.

Avropa.info-nun verdiyi xəbərə görə, daha çox Rusiya və Avropada yaşayan ermənilər ölkəni hazırkı duruma gətirdiyinə görə, Sarkisyan iqtidarından narazılıq bildiriblər. Erməni fəallar Ermənistanın Azərbaycana qarşı apardığı müharibəni mənasız savaş adlandıraraq, Qarabağ ermənilərinin Ermənistan əhalisinə qarşı düşmən münasibətdə olduğunu bildirirlər.

Sosial şəbəkə istifadəçilərindən birinin yazdığına görə, son üç gündə cəbhə xəttində 90-a yaxın erməni hərbiçi məhv edilib. Ölənlərin əksəriyyəti isə qarabağlı olmayan ermənilərdi.

“Sarkisiyan iqtidarı “Dağlıq Qarabağ” adlı qurum yaradaraq Qarabağda baş verənləri çox məharətlə gizlədir. Bu gün orada baş verənlər ilk öncə "Qarabağ respblikası"na məlum olur, daha sonra isə Ermənistan ötürülür. Ermənistan xalqı, əsgər anaları dövlətdən hesabat istəyəndə onlar Qarabağın müstəqil respublika olduğunu deyirlər. Mən hazırda Ermənistanda olmasam da, orada olan qohum və dostlarımdan ölkəmdə çoxlu sayda əsgərin öldüyünü eşitmişəm”- deyə sosial şəbəkə iştirakçılarından biri bildirib.

Geri qayıt