Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağdamlıları ələ salan Abdolbari Goozal Qarabağ adından pul marağına necə istifadə edir?

Ağdamlıları ələ salan Abdolbari Goozal Qarabağ adından pul marağına necə istifadə edir?


24-07-2014, 14:39
Ağdamlıları ələ salan Abdolbari Goozal Qarabağ adından pul marağına necə istifadə edir?
DİA.AZ: - İki gün əvvəl Ağdamın «Qarabağ» klubunda cərəyan edən təhlükəli durumla bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Aydın olurdu ki, Qurban Qurbanovun baş məşqçisi olduğu bu klub əslində vəhibərin əsas oaylaqlarından biridir. Hətta vəziyət o həddə çatıb ki, «Qarabağ»da futbolçular qarşısında vəhabiliyi qəbul etmə bir şərt kimi də qoyuklur. Belə ki, klubun tanınmış futbolçularından olan Qara Qarayev artıq Qurban Qurbanovun və klubda aparıcı vəhabi hesab olunan Rəşad Sadıqovun təzyiqləri ilə vəhabiliyi qəbul edib. Müqavimət göstərən «Qarabağ»ın digər futbolçusu Vüqar Nadirov isə vəhabiliyi seçmədiyinə görə özünə başqa bir futbol klubu axtarmaq zorunda qalıb.

Təbii ki, bütün bunlar «Qarabağ»ın sponsoru olan «Azərsun» Holdinqin şefi Abdolbari Goozalın rəhbərliyi altında baş verir. Və ən acınacaqlı olanı da budur ki, Goozal «Qarabağ»dakı vəhabi hökmranlığına seyrçi qalmaqdadır. Qalması bir yana, hətta bütün bunlardan və digər problemlərdən narazı qalan Ağdamdan olan fanatlara bir əsəbi reakksiya da verir. Hər halda, dünən Abdolbari Goozalın mətbuatda yayılan açıqlamasını oxuduqda elə zənn etdik ki, sanki bu adam Qarabağı işğaldan azad edib. Onun sponsorluq etdiyi klubun «Valetta» kimi zəif bir komandanı udmasını bu şəkildə qarşılaması əksəriyətdə gülünc hiss doğurdu.

DİA.AZ xatırladır ki, "Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Ağdamda yox, Bakıda məskunlaşması, ev oyunlarını doğma diyarda keçirməməsinin səbəblərini b şəkildə izah edib: "Mütəmadi səfərlər komandanı çox yorur. Bu da futbolçuların meydanda tam güclə oynamasına imkan vermir. Ağdam Qarabağın bir hissəsidi, Azərbaycan ərasizidi. Əlbəttə, hərdən ora yollanırıq, yerli camaatla görüşürük. Amma bunu hər dəfə etmək çətindi. Mümkündü ki, tezliklə biz çempionluq kubokunu ağdamlılara təqdim edək".

O, həm də Ağdamda yeni klubun yaradılması ilə bağlı maraqlı açıqlama da verib: "Əgər ağdamlılar istəyirlərsə, özləri üçün yeni klub yaratsınlar. "Qarabağ" artıq daha böyük bir klubdu".

Hə… Bax, xoruzun quyruğu da elə buradan görünür. Abdolbari Goozal cənabları Ağdam camaatının haqlı etirazına - «Qarabağ» klubunun ev oyunlarını Ağdamda keçirməsi tğələbinə bu şəkildə reaksiya verməsiylə əslində «Qarabağ» klubuna bir biznes marağından yanaşdığını tam ortaya qoymuş oldu.

Bununla bağlı DİA.AZ-a danışan bilgili qaynaq ilginc faktları da açıqlayıb. Aydın olur ki, əslində Goozala «Qarabağ» sırf olaraq pul qazana bilməsi üçün lazımdır: «Təbii ki, bu yolla o, həm də vergidən müəyyən güzəştlər əldə edir. Nəticədə «Qarabağ»a xərclədiyi qəpik-quruşun müqabilində dövlət büdcəsindən milyonları yayındıra bilir. Digər tərəfdən isə Goozal «Qarabağ»ın hesabına özünün biznes maraqlarını bir çox ölkələrdə həyata keçirə bilir».

Ev oyunlarının Ağdamda keçirilməməsinə gəlincə isə bu barədə danışan mənbə dia.az-a maraqlı bir faktı açıqladı: «Onlar təkcə məşqlər üçün bir stadionun gününə 1500 manat kirayə haqqı verirlər. Amma rəsmi sənədlərdə 5000 manat göstərirlər. Deyə bilərsiniz ki, bu saxta rəqəmlər kimə lazımdır? Təbii ki, bu yolla Azərbaycan dövlətini aldadırlar və Abdolbari Goozal dövlətimizə hesabat verəndə bildirir ki, stadionun gününü 5000 manata kirayələyir. Beləcə milyonlar yenə də silinir».

Onu da bildirək ki, Ağdamın hazırki icra başçısı dəfələrlə «Qarabağ»ı ev younlarını Ağdamda keçirməyə çağırsa da, icra başçısının bu çağırışları da qulaqardına vurulub. Başqa cür gözləməyinə də dəyməzdi. Çünki adamlar pul qazanırlar və milyonları qoyub, hansısa vətənpərvər duyğulardan çıxış edəsi deyillər. Xüsusən də «Qarabağ»ı bir alver maşınına çevirən Abdolbari Goozal cənablarından belə bir duyğusal, simvolik addımı gözləməyinə dəyməz.

Qeyd edək ki, vəhabilərin meydan suladığı bu futbol klubu ilə bağlı DİA.AZ-a əlavə bilgilər də verilib həmin faktları da yaxıni vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qarşı tərəfin cavab haqqı var…

Geri qayıt