Əsas Səhifə > Cəmiyyət, Manşet > İLGİNC: Əli Nağıyevə hakimiyyətdən vəzifə təklifi edilib

İLGİNC: Əli Nağıyevə hakimiyyətdən vəzifə təklifi edilib


18-07-2014, 12:43
İLGİNC: Əli Nağıyevə hakimiyyətdən vəzifə təklifi edilib
DİA.AZ: - Keçmiş nazir, həmçinin Azərbaycanın Belorusiyadakı keçmiş səfiri Əli Nağıyev yenidən görəvə gətirilə bilər. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb.

Qaynaq dia.az-a açıqlamasında iddia edir ki, zamanında hakimiyyətiçi oyunların qurbanına çevrilən Əli Nağıyev də köhnə eşalonda favorit fiqurlardan biri olmuşdu: «İndi isə Əli Nağıyevin rəqiblərinin mövqeləri kifayət qədər sarsılıb. Və belə bir şəraitdə meydana çıxaraq iqtidarın maraqlarını vəsf edən açıqlamalarda bulunması da təsadüfi deyil". Xatırladaq ki, Əli Nağıyev son prezident seçkilərində də prezident İlham Əliyevin namizədliyinin müdafiəsilə bağlı ayrı-ayrı mətbu orqanlara açıqlamalar vermişdi.

Mənbəmiz bildirir ki, keçmiş nazir rayonlardan birinə icra başçısı göndərilə bilər: «Hətta onun Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilməsi ehtimalları da var. Bu, durumdan asılı olan bir məsələdir. Ona artıq belə bir təklif edilib də».

Onu da bildirək ki, köhnələrin yenidən vəzifə başına gətirilməsi ənənəsi müşahidə olunub. Sonuncu dəfə Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, Azərbaycanın Tacikistandakı sabiq səfiri Məhərrəm Əliyev Prezident Administrasiyasında görəvləndirilib.

Geri qayıt