Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Milli Elmlər Akademiyasına seçkilərlə bağlı qalmaqal

Milli Elmlər Akademiyasına seçkilərlə bağlı qalmaqal


1-07-2014, 14:57
Milli Elmlər Akademiyasına seçkilərlə bağlı qalmaqal
Fizika üzrə tanınmış alim, \professor Elman Şahverdiyev Azərbaycan Milli Elmlər Akademiyasına dünən keçirilən seçkilərlə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edib. Surəti «Təzadlar»a ünvanlı həmin müraciəti heç bir şərh vermədən təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Açıq məktub

Çox hörmətli Cənab Prezident!
Azərbaycan Milli Elmlər Akademiyasına dünən keçirilən seçkilər həmişə olduğu kimi, yuxarıdan gələn təyinat siyahısı üzrə keçirildi. Bu dəfə, hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərilmişdi.

Mən fizika üzrə MEA-nın müxbir üzvlüyünə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayi, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə). Amma mən AMEA-dan kənarda qaldım.

Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında son 18 ildə yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayir və elmi fəaliyyətlə məşğul olmur.

Digər təyin edilmış müxbir üzv-İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almışdır, sonradan yuxarıdan göstəriş əsasında sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında belə olmayıb.

Təyin edilmışlər arasında 22 ildir Azərbaycandan kənarda- Türkiyə və indi Almaniyada yaşayan, ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə SCOPUS-da yalnız əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi hamıya tanış olan bir yüksək çinli məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin müdafiə etdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Maraqlıdır ki, Elmin İnkişafı Fondunun indyə qədər elmə qoyduğu vəsaitin az qala ücdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 istinad var. Müqayisə üçün deyim ki, mənim içlərimə sitatların sayı 549-dur. Təyin edilmışlərin əksəriyyəti yaşı 70-i keçmiş şəxslərdir və heç vaxt elmdə xüsusi nailiyyət əldə etməyiblər. Bundan sonra da edəcəkləri mümkünsüzdür.

Cənab Prezident!
Siz dəfələrlə çıxışlarınızda Azərbaycan elminin inkişafının vacibliyindən bəhs edirsiniz və bunun üçün Elmin İnkişafı Fondunun təsis edilməsi barədə sərəncam vermisiniz. Həmçinin Siz həmişə ölkəmizi dünyada tanıda bilən alimlərimizə geniş meydan verilməsinin vacibliyini deyirsiniz. İndi belə ğörünür ki, yuxarıdan təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmış bir addımdır. Fizika üzrə təyin edilmışlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur.

Cənab Prezident!
Xahiş edirəm ki, yaranmış vəziyyətdə AMEA-ya seçkilərin ləğv edilməsi və yeni seçkilərin keçirililməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.

Dərin hörmətlə:
Elman Şahverdiyev
Bakı şəhəri, 1 iyul 2014-cü il

Redaksiyadan: Müraciət Prezident cənab İlham Əliyevin, həmçinin Prezident Adminstrasiyasının rəhbəri cənab R.Mehdiyevin, MEA-nın prezidenti A.Əlizadənin elektron ünvanına göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Bundan əlavə, əməkdaşlarımız tərəfindən MEA-nın rəhbərliyi ilə də hazırda məsələ ətrafında mövqelərin dəqiqləşdirilməsi və məsələyə aydınlıq gətirilməsi üçün danışıqlar aparılır.

Geri qayıt