Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanın bir kəndi epidemiya təhlükəsi ilə üz-üzə qalıb

Azərbaycanın bir kəndi epidemiya təhlükəsi ilə üz-üzə qalıb


21-06-2014, 15:09
Azərbaycanın bir kəndi epidemiya təhlükəsi ilə üz-üzə qalıb
DİA.AZ: - Şəki şəhərinin Şəki kəndində iki aydı su yoxdur. Bunu DİA.AZ-a yerli kənd sakinləri bildiriblər. Onların redaksiyamıza söylədiklərindən belə anlaşılır ki, Şəki kəndinin sakinləri artıq yaranmış vəziyyətdən üsyan həddinə çatıblar.

Sakinlərin dia.az-a bildirdiyinə görə, kənd camaatı artıq yerli icra striktirlarının, müvafiq dövlət qurumlarının fəaliyyətsizliyi səbəbindən Bakı-Şəki çagistral yolunu baglamağa qərar veriblər.

Sakinlərin dia.az-a bildirdikləri: “Elə bil yay aylarını gözləyirmişlər. Belə də zülm olar? Hansı ölkədə, hansı əsrdə yaşayırıq ki, hələ də Şəki kəndinə suyu maşınlarla daşıyırlar. Əgər vəziyyət belə davam edərsə, Şəki kəndində epidemiya xarakterli xəstəliklər baş qaldıra bilər”.

Narazı kənd camaatının sözlərinə görə, icra nümayəndəsi az qala hər gün xahiş edib, yalvarır ki, sakinlər yolu bağlamasınlar: “Amma 2 gün vaxt vermişik. Problem həll olunmasa, Prezident Administrasiyasına qədər yürüş edəcəyik”.

Geri qayıt