Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirin qohumuna qarşı yeyinti ittihamı - Ənvər Seyidəliyevin adı da Əli Bayramovun işində hallanır

Nazirin qohumuna qarşı yeyinti ittihamı - Ənvər Seyidəliyevin adı da Əli Bayramovun işində hallanır


3-06-2014, 14:54
Nazirin qohumuna qarşı yeyinti ittihamı - Ənvər Seyidəliyevin adı da Əli Bayramovun işində hallanır
DİA.AZ: - Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilər. Bu ilginc məlumatı DİA.AZ-a məlumatlı qaynaq ötürüb. Xəbəri verən mənbə iddia edir ki, Ənvər Seyidəliyevin adı «Aqrolizinq» ASC ilə bağlı açılan cinayət işində hallandırılır.

Mənbənin dia.az-a söylədikləri: «Aydın olub ki, 2012-2013-cü illərdə Ağsu rayon icra hakimiyyətinin iştirakı ilə «Aqrolizinq» ASC tərəfindən təxminən 1 milyon manata yaxın vəsait mənimsənilib. Hələlik bu rəqəmlər tam dəqiqləşməyib. Amma məlum olur ki, bu prosesdə «Azroliziq»in sabiq şefi Əli Bayramovla Ənvər Seyidəliyev şərikinə hərəkət ediblər».

Onu da bildirək ki, Ənvər Seyidəliyev əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumudur.

Geri qayıt