Əsas Səhifə > Cəmiyyət, Manşet > İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib

İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib


2-06-2014, 13:10
İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib
DİA.AZ: - Bu gün belə bir məlumat yayıldı ki, prezident İlham Əliyevin əfv sərəncamı imzalamamışdan əvvəl həbsdə olan dindarlara əfv ərizəsi yazmaq təklif olunub. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, həbsdə olan nüfuzlu dindarlara bildirilib ki, əfv siyahısına düşmək istəyirlər ərizə yazmalıdırlar. Lakin dindarlar əfv ərizəsi yazmaqdan imtina ediblər. Bu baxımdan onların azadlığa buraxılması reallaşmayıb.

Məlumatda deyilir ki, dövlət başçısı Ilham Əliyevin Iran səfəri zamanı onunla dindarların həbsi də müzakirə edilib. Ölkə başçısına Azərbaycanda dindarları təqiblərə məruz qoymamaq tövsiyyə edilib. Həmçinin rəsmi Tehran Azərbaycan dövlət başçısını həbsdə olan dindarları azadlığa buraxmağa çağırıb.

Bundan sonra Azərbaycan hakimiyyəti dindarları əfv fərmanı ilə azadlığa buraxmağı düşünüb. Lakin onların əfv ərizəsi yazmaması iqtidarın qərarını dəyişməsinə, dindarların yerinə Azərbaycanda müxtəlif ittihamlarla həbs olunmuş Iran vətəndaşlarının azad edilməsinə səbəb olub.

Bununla bağlı DİA.AZ-a maraqlı bir informasiya da daxil olub. Bildirilir ki, prezident İlham Əliyev İranda olarkən bu məsələ müzakirə olunmuşdu və həmin zaman prezident İran tərəfinin diqqətinə çatdırmışdı ki, həbsdə olan dindar məhbusların azadlığa buraxılması üçün bir prosedur olmalıdır. Yəni onlar birdən-birə azadlığa buraxıla bilməzlər.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, elə həmin zaman əfv ərizəsinin yazılması gündəmə gəlsə də, rəsmi Tehran bu məsələyə sıcaq baxmayıb və hətta İrandan həbsdəki dindarlara bir ismarıc da göndərilib ki, onlar əfv ərizəsi yazmasınlar.

Mənbənin dia.az-a söylədikləri: «Yəni bununla belə bir təəssürat yaranacaqdı ki, dindar məhbuslar sındılar. Yəni məhz bu təəssüratın yaranmaması üçün Tehran nəzarəti altında olan dindar məhbuslara belə bir «ksiva» ünvanlayıb».

Onu da bildirək ki, artıq neçə gündür ki, İran işğalı altında olan Güney Azərbaycan şəhərlərində dindar məhbuslarla bağlı müxtəlif səpgili tədbirlər düzənlənir. Elə keçən həftə Ərdəbil şəhərində dindar məhbuslara həsr olunmuş sərgi də təşkil olunub. DİA.AZ həmin sərgidən fotoları təqdim edir:

İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib
İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib
İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib
İrandan dindar məhbuslara hansı məzmunda “ksiva” göndərilib

Əslində bu sərginin özü də belə deməyə əsas yaradır ki, müvəqqəti olaraq rəsmi Bakı ilə antitəbliğat müstəvisində dil tapdığını nümayiş etdirən fars-molla rejimi istənilən halda aradakı anlaşmanı pozmağa da hazırdır.

Geri qayıt