Əsas Səhifə > Cəmiyyət, Manşet > Rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinin könlünü almağa hazırlaşır - Morninqstar geri çağrılır

Rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinin könlünü almağa hazırlaşır - Morninqstar geri çağrılır


23-05-2014, 12:46
Rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinin könlünü almağa hazırlaşır - Morninqstar geri çağrılır
DİA.AZ: - «Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar geri çağrıla bilər». Bu şok məlumat elə bu dəqiqələrdə DİA.AZ redaksiyasına daxil olub. Məlumatı verən diplomatik qaynaq bildirir ki, Morninqstarın diplomatik qaydalara riayət etməməsi və iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurması və bunun da müqabilində fikirlərini «subyektiv, səmimi dəyərləndirmə» kimi qəbul etdirməyə çalışması nə rəsmi Bakını qane edib və nə də rəsmi Vaşinqton tərəfindən bəyənilib.

Xatırladaq ki, Riçard Morninqstar «Azadlıq» radiosuna müsahibəsində diplomatik etiket qaydalarına pozmaqla yanaşı, jurnalistin yönəltməsiylə ABŞ-Azərbaycan münasibətlərini təhdid edən fikirləri ifadə edib. Hər halda, Morninqstar kimi təcrübəli bir dövlət adamının bu şəkildə diplomatik kobudluğa yol verməsini rəsmi Bakının bağışlamayağı gözlənilən idi.

Və son günlər Azərbaycan hakimiyyətinin ayrı-ayrı nümayəndələri tərəfindən amerikalı elçiyə davamlı olaraq sərt reaksiyalar verilir ki, bu da rəsmi Vaşinqtonun nəzərlərindən yayına bilməzdi.

Bu barədə dia.az-a danışan mənbə bildirir ki, Riçard Morninqstarın geri çağrılması üçün müvafiq hüquqi prosedurlara start verilib.

Geri qayıt