Əsas Səhifə > Cəmiyyət, Manşet > Qazaxın icra başçısının Gül Bayramı maxinasiyası - Ayaz Əsgərov məktəblərdən toplatdığı dibçəklərlə bayramı qeyd edib

Qazaxın icra başçısının Gül Bayramı maxinasiyası - Ayaz Əsgərov məktəblərdən toplatdığı dibçəklərlə bayramı qeyd edib


14-05-2014, 12:22
Qazaxın icra başçısının Gül Bayramı maxinasiyası - Ayaz Əsgərov məktəblərdən toplatdığı dibçəklərlə bayramı qeyd edib
DİA.AZ: - 10 May tarixi ilə əlaqədar Azərbaycanın bütün rayonlarında «Gül Bayramı» qeyd olunur. Amma necə… Məlum olduğu kimi, Bakı meri Hacıbala Abutalıbov bu məqsədlə 6 milyon gülün gətirildiyini və bunların da əksəriyyətinin Azərbaycana hədiyyə edildiyini bildirib. Yəni məsrəf məsələsində o qədər də pulun xərclənmədiyini önə sürüb.

Amma deyəsən, doğrudan da, bəzi icra başçıları Gül Bayramında ümumiyyətlə, əllərini ciblərinə salmayıblar.

Bununla bağlı DİA.AZ-a Qazaxdan verilən məlumatda bildirilir ki, icra başçısı Ayaz Əsgərov Qazaxdakı idarə və təşkilatları işə salıb.

Mənbənin dia.az-a söylədikləri: «Təsəvvür edin, Qazax rayonundakı bütün idarə və təşkilatlarda, habelə orta məktəblərdə olan güllər əkilmiş dibçəklər başçının göstərişi bayramın keçirilməsi üçün toplanılıb. Ondan əlavə, rayondakı gül dükanlarının da hər birinə müvafiq olaraq mərhum prezident Heydər Əliyevlə bağlı gül stendlərinin hazırlanması tapşırığı verilib».

Beləcə Qazaxda Gül Bayramının yola verildiyini bildirən mənbəmiz onu da əlavə edib ki, əslində Ayaz Əsgərov paralel olaraq bayrama tədarük adı altında yerli idarə müdirlərindən və həmçinin iri sahibkarlardan da pul topladıb.

İddialarla bağlı əks tərəfi də dinləməyə hazırıq…

Geri qayıt