Əsas Səhifə > Cəmiyyət, Manşet > Şeyxin qardaşı Cənubdakı tarlalarında nə əkib?

Şeyxin qardaşı Cənubdakı tarlalarında nə əkib?


15-04-2014, 11:53
Şeyxin qardaşı Cənubdakı tarlalarında nə əkib?
Yay fəslinin yaxınlaşması istər-istəməz dəniz, onun sahililərini gündəmə gətirir. Təssüf ki, “xod gedən” məmurlarımız bütün füsunkar yerlər kimi, dənizə də yiyələnib.

Təkcə çirkab deyil, elə çirkli pullar da dənizə axıdılır. Dəniz sahillərinin hasarlanaraq zəbt edilməsi son vaxtlar hətta Milli Məclis səviyəsində belə müzakirə predmetinə çevrilsə də, vəziyyət dəyişməyib. Necə deyərlər, dəyirman bildiyin edər...

Oxşar problem Astara rayonunda da yaşanır. Burada əhali dənizi telivizorda, rəsm və fotolarda görür. Yerli mənbələr və kütləvi informasiya vasitələri Xəzərin Astara və Lənkarana bitişik cənub sahillərini hörmətli şeyximizn qardaşı, deputat Cavanşır Paşazadə tərəfindən tutulduğunu xəbər verir.

Əlavə olaraq biznesmen-deputat sahibkarlıq fəaliyyətini Masallı və Biləsuvar rayonlarında genişləndirib . Sizan bilgilərə görə Cavanşır Paşazadə ilə bərabər ona yaxın çevrə ətraf rayonları, Salyan və Neftçalanıda öz maraq dairələrinə cəlb etməyə müəyyən cəhdlər edirlər.

Amma illərdir ki, Astarada lövbər salan və yatırım edən cənab Paşazadə burada uğursuzluğa düçar olub.

Belə ki, 2002-ci ildə aldığı 30 hektar torpaq sahəsində 12 ildir ki, bostan məhsuları yetişdirməyi düşünsə də , sonda fikrindən daşınıb və işin səmərəsizliyini görən cənab Paşaadə həmin yerdən təyinatından kənar məqsədlə istifadə etməyə başlayıb.

Qeyd olunan faktı Astara şəhər bələdiyyəsinin sədri Məmməd Məmmədov da təsdiqləyib. Lakin ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu üçün çalışan əzabkeş deputatın nə ilə məşğul olmağı barədə bir söz deyilmir. Görünür gözə gəlməmək üçün cənab Paşazadə bunu sirr kimi saxlayır. infom.az

Geri qayıt