Əsas Səhifə > Cəmiyyət, Manşet > Nurçu iş adamlarının Bakıdakı əsas dayaq mərkəzi sıradan çıxarılır

Nurçu iş adamlarının Bakıdakı əsas dayaq mərkəzi sıradan çıxarılır


7-04-2014, 11:48
Nurçu iş adamlarının Bakıdakı əsas dayaq mərkəzi sıradan çıxarılır
DİA.AZ: - Nurçuların Azərbaycandakı əsas dayaq mərkəzlərindən biri kimi tanınan Türkiyə Sənayeçi İş Adamları Birliyi (TUSİAB) fəaliyyətini dayandıra bilər. Bu barədə DİA.AZ-ı məlumatlandıran mötəbər mənbə iddia edir ki, əslində TUSİAB dünənə qədər nurçuların Azərbaycandakı biznes maraqlarının təminatçısı kimi çıxış edirdi və bu qurum eyni zamanda Azərbaycanın dövlət orqanları ilə nurçu iş adamları arasında körpü rolunu, himayədar funksiyasını daşıyırdı.

Məlumatlı mənbə dia.az-a bildirir ki, neçə müddətdir rəsmi Bakının Fətullah Gülən tərəfdarlarına qarşı olan bəlli mövqeyi, habelə son olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı da bu məsələnin ciddi şəkildə müzakirə olunması gülənçi iş adamlarını çətin duruma salıb.

Mənbə bildirir ki, Ərdoğan iqtidarı ilə dostluğunu qoruyan Azərbaycan hakimiyyəti rəsmi Ankara rəhbərinin istəyinə müsbət reaksiya verəcək ki, bu əsnada da TUSİAB-ın fəaliyyətini dayandırması və yaxud da TUSİAB-da dəyişikliklər zərurətə çevrilir.

Geri qayıt