Əsas Səhifə > Cəmiyyət, Manşet > “Yeni Bakı” yaşayış massivi sakinləri təhlükədə - Sürüşmə təhlükəsi həyəcan yaratdı

“Yeni Bakı” yaşayış massivi sakinləri təhlükədə - Sürüşmə təhlükəsi həyəcan yaratdı


4-04-2014, 12:09
“Yeni Bakı” yaşayış massivi sakinləri təhlükədə - Sürüşmə təhlükəsi həyəcan yaratdı
DİA.AZ: - Son vaxtlar Abşeron rayonu ərazisində, xüsusən də Masazır qəsəbəsində baş verən sürüşmə prosesi həddindən artıq ciddiləşib. Artıq iş o yerə çatıb ki, qəsəbə ərazisindəki sürüşmə yaşayış massivlərində, bina evlərində də ciddi təhlükələr yaradıb. Bu barədə redaksiyamıza Masazır sakinləri məlumat verib.

DİA.AZ-a daxil olan məlumata görə qəsəbə ərazisində baş verən sürüşmə get-gedə genişlənir. Masazır qəsəbəsində sürüşmənin qarşısınıln alınması ilə bağlı tədbirlər görülür və problemin həllinə çalışılır. Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar davamlı addımlar atır. Amma, qəsəbənin bəzi ərazisinə cavabdeh olan şəxslər bu barədə heç bir tədbir görmür. Bunu isə Masazır qəsəbəsində yeni inşa edilən və istifadəyə verilən “Yeni Bakı” yaşayış massivinin sakinləri deyirlər.

Sakinlər bildirirlər ki, artıq kompleksin binaları təhlükəli vəziyyətə düşüb. Sürüşmə nəticəsində binalarda ciddi çatlar əmələ gəlsə də, yaşayış kompleksinə cavabdeh olan şirkət buna məhəl qoymur. Sakinlər deyirlər ki, binada çatlar son bir neçə ayda əmələ gəlib. Amma, “Yeni Bakı” Tikinti Şirkətinin rəhbərliyi binaya baxış keçirib bir tədbir görmür: “Dəfələrlə şirkətə müraciət etmişik ki, bununla bağlı tədbirlər görsün, problem aradan qaldırılsın. Binadakı çatlar get-gedə böyüyür, bunun qarşısı alınmasa bina hər an uça bilər. Binada qorxa-qorxa yaşayırıq. Düzdü, indi çatlar o qədər də təhlükəli olmasa da, amma həmin çatlar get-gedə böyüyür, genişlənir. Əgər bir ay öncə binada istinad divarlarına xırda çatlar düşmüşdüsə, bu gün binanın daxilində də bu çatlara rast gəlmək olur. Həyatımızı göz görə-görə təhlükəyə atırlar. Bu binada bir-iki aya yaşamaq tam mümkünsüz olacaq. Yağışlı hava şəraiti sürüşməni daha da gücləndirəcək”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt