Əsas Səhifə > Cəmiyyət, Manşet > “Yeni Klinika”: YOXSA KÖHNƏ BAZAR?

“Yeni Klinika”: YOXSA KÖHNƏ BAZAR?


19-08-2024, 11:11
“Yeni Klinika”: YOXSA KÖHNƏ BAZAR?
Barat Yusubov "Yeni Klinika"ya rəhbər gələndən bəri bu səhiyyə ocağı əməlli-başlı bazara çevrilib və vətəndaş gileyləri durmadan artmaqdadır. Dia-az.İnfo bildirir ki, bununla bağlı sosial şəbəkələrdəki səhifələrimizə davamlı olaraq gileylər daxil olmaqdadır.

Məsələn, onlradan birində ağır zob xəstəsi olan vətəndaş öz gileyini belə ifadə edib:

Zəruri qeyd: (vətəndaşların müraciətlərini redaktəsiz veririk)...

"Yeni klinkaya zobla bagli muraciet eledim.Bele shey yoxdu zob hekimi cemi 2 dene qan analizi teyin ele TSH/T4
Halbuki kokelme,urek suretli doynme,Bogulma kimi sikayetlerim var idi bildiyin hekimide ,USM de yola verdiler hele mene deyirler ki siz psixiatra muraciet edin panik atakdi.Ve hemin sahe uzre hekimleri yoxdu.Her gece boguluram.Bogazim ciddi siskinlik hiss edirem.Sigorta ile normal baxan xestexana bilen var?.."

Digər bir narazı vətəndaş - İlkin Abbas isə "Yeni Klinika"dakı qanunsuzluqları qısa formada belə şərh edib:

" "Yeni Klinika" mənim yaddaşımda ölüxana kimi qalıb. Ora xəstə girirdi, ölü çıxırdı..."

Başqa bir vətəndaş gileyində isə deyilir: "Bu xəstəxana pandemiyada yaxşı ad çıxardı: MEYİTXANA... Kimsə inciməsin, ora gedənin ağlı yoxdur... "Yeni Klinika"nın divarları da bu gün xəstəlik mənbəyidirsə, orda kim sağala bilər ki? Rüşvət də ki burda boğaza qədəridir... Sosial sığorta işləməsin deyə, əllərindən gələni edirlər..."

Geri qayıt