Əsas Səhifə > Cəmiyyət, Güney Press > Sumqayıt Dövlət Universitetinin yeni rektorundan yeni tariflər

Sumqayıt Dövlət Universitetinin yeni rektorundan yeni tariflər


28-03-2014, 15:35
Sumqayıt Dövlət Universitetinin yeni rektorundan yeni tariflər
DİA.AZ: - Azərbaycan təhsil sistemində baş alıb gedən rüşvətxorluq və korrupsiya halları artıq bütün cəmiyyətə bəllidir. Bunun qarşısını almaq üçün ölkə rəhbərliyi köklü kadr dəyişikliyi etsə də hələki ortada ciddi nəticə yoxdur. Düzdür, ölkə rəhbərliyi kiməsə etimad göstərib nazir vəzifəsinə təyin edir. Ancaq görək etimad göstərilən nazir, yaxud rektor bunun məsuliyyətini anlayırmı?
Sözün düzü, Mikayıl Cabbarov nazir təyin olunanda cəmiyyət üzvləri düşünürdü ki, təhsil sahəsində tezliklə müsbət dəyişikliklər olacaq. Ancaq köhnə rüşvətxor rektorları çıxardıb yenisini təyin etməklə heç nə dəyişmədi. Bunu Sumqayıt Dövlət Universitetinin ( SDU ) nümunəsində aydın görmək olur.
SDU demək olar ki, Elşad Abdullayevin bazara çevirdiyi ABU-dan sonra ölkənin ən biabırçı durumda olan ali təhsil ocağı idi. Keçmiş rektor Nadir Qəhrəmanov buranı az qala ABU-nun “filial”ına çevirmişdi. Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırılandan sonra onun yerinə Elxan Hüseynov təyin olundu. Bir müddət ehtiyatlı mövqe tutan Elxan Hüseynovun deyəsən “hövsələsi” çatmadı. Və köhnə rektorun “tayfas”sını işdən uzaqlaşdıraraq öz “qohum”larını ətrafına topladı.
Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan məlumata görə yeni rektor yaxınlarına bildirib ki, qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbər verin. Əvvəl imtahan qiymətləri 50 manat idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100 manat ödəməlidir.
Beləliklə yeni nazir Mikayıl Cabbarovun təhsil siyasəti iflasa uğrayır.

Geri qayıt