Əsas Səhifə > Cəmiyyət, Manşet > Qusarın başçı sarıdan yenə də bəxti gətirmədi...

Qusarın başçı sarıdan yenə də bəxti gətirmədi...


25-07-2024, 11:52
Qusarın başçı sarıdan yenə də bəxti gətirmədi...
"Qusarın başçı sarıdan yenə də bəxti gətirmədi..." Dia-az.İnfo bildirir ki, bu barədə redaksiyamıza sözügedən rayonda fəaliyyət göstərən jurnalistlərdən biri məlumat verib. Adının açıqlanmasını istəməyən jurnalist bildirib ki, Şair Alxasov vəzifədən alınandan sonra onlarda doğrudur, ümid yaranmasa da, nəsə müəyyən bir inam oldu ki, bəlkə yeni başçı - Sahir Məmmədxanov nisbətən fərqli fəaliyyət göstərər.

Jurnalist bildirir: Həm seçki ərəfəsidir... həm də Şair Alxasovun "vurulma" səbəbi ortadadır... Bu iki faktır vadar edirdi ki, Sahir Məmmədxanov ənənəvi başçılardan olmasın.

Amma sən saydığını say, gör, fələk nə sayır...

Camaatı qəbula buraxmaması bir yana, gəldiyi ilk günlərdəcə yerli KİV-lə də məzələndi. Mətbuat Günü Qusar RİH başçısının müavini Elman Mustafayev hamıya başçının adından zəng edərək, bildirdi ki, yeni rəhbər jurnalistləri mətbuat günü ilə əlaqədar Qusar şəhərindəki Olimpiya Kompleksində tanışlıq üçün görmək istəyir.

Amma yenə də gözlənilən olmadı. Sahir müəllim elə gəldi, elə getdi ki bunun adına nə görüş demək olardı, nə də tədbir. Sanki onu zorla tutub bura gətiriblər..."

Geri qayıt