Əsas Səhifə > Cəmiyyət, Manşet > Söykənəcəklərini itirən icra başçıları yola salınır

Söykənəcəklərini itirən icra başçıları yola salınır


22-03-2014, 13:42
Söykənəcəklərini itirən icra başçıları yola salınır
DİA.AZ: - «Bayramdan sonra bəzi icra başçılarının kürsüləri laxlayacaq. Hətta ola bilsin ki, eyni gündə bir neçə rayonun rəhbəri vəzifəsindən alınsın». Bunu DİA.AZ-a açıqlamasında bildirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, hakimiyyət bələdiyyə seçkiləri tədarükü ilə bağlı bir sıra rayonların rəhbərlərini də dəyişmə qərarını verib.

Mənbənin dia.az-a söylədikləri: «Son aylarda iqtidar daxilində ciddi dəyişikliklər baş verib ki, bu da təbii olaraq hakimiyyətin yerlərdəki dəyişikliklərlə bağlı siyasətinə barbaşa təsir etməkdədir. Yəni «vurulanlar»ın adamları yola salınmalıdır. Onlara yaxın olan fiqurlar görəvdən alınmalıdır.

Bələdiyyə seçkilərində yerli icra strukturlarının iştirakı haqda məlumatlıyıq. Yəni bu həm də birbaşa olaraq bələdiyyə seçkilərilə bağlı da atılan addım kimi dəyərləndirilməlidir. Gözlənilən dəyişikliklərdə kimin sözünün keçərli olduğu növbəti illər üçün də əhəmiyyətli anlam kəsb etməkdədir. Yəni kimin «adamları» görəvdə qalırsa, onun mövqelərinin dayanıqlılığı da uzun müddət sürmüş olacaq».

Mənbəmiz bildirir ki, son prezident seçkilərindən sonra vəzifələrindən alınan bütün kadrlara yaxın şəxslərin mövqelərindən alınması gözlənilir: «Onların arasında iki icra başçısı da var. Yaxın günlərdə, daha dəqiqi bayramdan sonra bu dəyişikliklərin start düyməsi basıla bilər».

Geri qayıt