Əsas Səhifə > Cəmiyyət, Manşet > Əlixan Musayev yenə də Müşfiqabad məscidində dərslərini davam etdirir

Əlixan Musayev yenə də Müşfiqabad məscidində dərslərini davam etdirir


18-03-2014, 12:47
Əlixan Musayev yenə də Müşfiqabad məscidində dərslərini davam etdirir
DİA.AZ: - Vəhabilərin əsas sığındığı ünvanlardan biri kimi tanınan Müşfiqabad məscidi ilə bağlı yenidən qarışıqlıq yaranıb. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda deyilir.

Xəbəri verən qəsəbə sakinləri iddia edir ki, məscidə təyin olunan yeni imam Şaiq Əliyev də radikal təmayüllü vəhabilərlə əlbirdir ki, bu da yerli camaatda narahatçılıq yaradır. Dia.az-a bu barədə göndərilən müraciətdə deyilir:

«Yeni imam da Əlixan Musayevlə yaxşı münasibətlərdədir və yenə də əvvəllər olduğu kimi Əlixan Musayev Müşfiqabad məscidində dərslərini davam etdirir.

Amma mətbuat sağ olsun. Bu barədə yazdığından, artıq övladlarımız onun dərslərinə getmirlər. Əlixan Musayevin dərslərində əvvəlki kütləvilik yoxdur. Şəhərdən özü ilə 8 nəfər gətirmişdi. 4 nəfər də məscid işçisi… Cəmi 12 nəfər toplaya bildi sonuncu dərsinə.

Özü də yaman pərt olmuşdu. Halbuki əvvəllər onun dərsinə ən azı 100 nəfər toplanırdı».

Geri qayıt