Əsas Səhifə > Cəmiyyət, Manşet > Əli Həsənovun media imperiasına şok zərbə - Böyük dəyişikliklər gözlənilir

Əli Həsənovun media imperiasına şok zərbə - Böyük dəyişikliklər gözlənilir


12-03-2014, 10:36
Əli Həsənovun media imperiasına şok zərbə - Böyük dəyişikliklər gözlənilir
DİA.AZ: - Hakimiyyət öz daxilində böyük bir islahata tədarük görür. Bu barədə DİA.AZ-ı məlumatlandıran mötəbər mənbə bildirir ki, əslində çoxdandır bu məsələ qaldırılsa da, davamlı şəkildə göstərilən müqavimət, habelə məqsədli olaraq məqsədin unutdurulması siyasəti işlərin yubanmasına nədən olub. Amma artıq ortada konkret iradənin və qərarın olduğunu bildirən qaynağın sözlərinə görə, yaxın günlərdə iqtidar düşərgəsi nəzarətində olan media ilə bağlı mühüm qərarları verəcək.

Bildirək ki, hazırda iqtidarın nəzarətində təkcə 100-ə yaxın qəzet və elə bir o qədər də internet saytı fəaliyyət göstərir. Amma görüntüdə olanı odur ki, hətta bu halda belə iqtidar mediası əks qütbə ciddi şəkildə uduzur. Müxalifətin 1-2 qəzeti iqtidara aid onlarla qəzetdən daha effektiv və səmərəli fəaliyyət göstərir ki, bu da hakim düşərgəni neçə müddətdir ki, düşündürməkdədir.

Təbii ki, kimsə iddia edə bilməz ki, bu gün peşəkar jurnalistlərin hamısı müxalifət mətbuatında cəmləşib. Belə bir iddia yoxdur və hər kəs, hətta müxalifət mediası və cinahı da etiraf edir ki, hazırda hakim siyasəti dəstəkləyən yüzlərlə ciddi qələm əhli var. Sadəcə olaraq tanınan şərtlər və meydan, habelə əldəki mətbu imkanların fərqli istiqamətə yönləndirilməsi bir növ iqtidar mediasındakı yaradıcı insanların da faydalı iş əmsalının az qala sıfır həddinə qədər enməsinə nədən olmaqdadır.

Əli Həsənovun media imperiasına şok zərbə - Böyük dəyişikliklər gözlənilir

Digər yandan isə burada maliyyə faktoru mühüm əhəmiyyət kəsb etməkdədir. Bildirək ki, iqtidara aid mətbuat rəsmi və qeyri-rəsmi qaynaqlar hesabına ayaqda durmaqdadır və hazırda verilməsi gözlənilən qərar da hər iki qaynaq üçün sərfəlidir. Yəni hakimiyyətin və elə qeyri-rəsmi dövlət büdcəsinin də mənafyeinə uyğundur ki, iqtidar mənafyeinə xidmət etdiyini bildirən 100-ə yaxın qəzet və internet saytı, agentliyi maksimum 10 sayına endirsin. Yəni, həm xərc azalsın, həm də oxucu sayının bü qəzetlər arasında parçalanması və nəhayətdlə, heç bir qəzetə marağının olmaması kimi mənfi tendensiyanın qarşısı alınsın. Yəni, üç-dörd güclü qəzet, o sayda agentlik və sayt mövcud olsa, onlara daha çox diqqət və vəsait ayrılar, peşəkar jurnalistlər ora toplaşar, təbliğat və əks-təbliğat prosesi daha uğurlu gedər.

Bu barədə dia.az-a danışan mənbə bildirir ki, qeyd olunan məsələni mətbuatın maliyyələşdirilməsinə vəsait ayıran oliqarx-məmurlar da dəfələrlə qaldırıb, yəni onlar da artıq FİƏ-si sıfıra bərabər olan, effektsiz medianın ayaqda tutulmasından sanki yorulublar: «Deyirlər ki, bu qədər xərc havayı gedir, bu qəzetləri oxuyan yoxdur, onların ictimai rəyə təsirləri minimumdur, gündəm yarada bilmirlər».

Redaksiyamıza daxil olan məlumatlardan həmçinin o da aydın olur ki, artıq problemin həlli ilə bğalı Prezidentin də siyasi iradəsi var: «Prezident belə KİV-lərin sayının kəskin azaldılması (8-10 dəfə), daha çox effektiv informasiya vasitələrinə diqqətin artırılmasını tapşırıb».

Qeyd edək ki, ortada tapşırıq və iradə olmasına rəğmən bu prosesi əngəlləməyə çalışanlar da var. Bu barədə yuxarıda da xüsusi olaraq vurğuladıq. Təbii ki, bu zaman əsas olaraq diqqətə gələni hələ də hakim media üzərində əsas hökmranlıq edən fiqur kimi tanınan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. Və aydın olur ki, əslində məhz səmərəsiz media hesabına külli miqdarda gəlir götürən Əli Həsənov üçün bu gün nə qəzetlərin və saytların sayının effektiv həddə qədər endirilməsi sərf etmir, nə də bu yöndəki hansısa müsbətə doğru hərəkətlənmə.

Əli Həsənovun media imperiasına şok zərbə - Böyük dəyişikliklər gözlənilir

Bu barədə danışan məlumatlı mənbənin sözlərinə görə, Əli Həsənov hazırki şəraitdə özünü dəryadakı balıq kimi hiss edir: «Təsəvvür edin, Əli Həsənov satış faizləri süni şəkildə, məcburi abunələr hesabına qaldırılan KİV-lərlə bağlı hər ay prezidentə yalançı hesabatlar hazırlayır ki, öz fəaliyyətinin təsiri barədə təəssürat yaratsın. Amma yaradılan təəssüratın aldadıcı olduğu və iqtidar mediasındakı sıxlığın əslində bədxərclik olduğu faktı artıq «yuxarılara» da gün kimi aydındır. Sadəcə olaraq, bu istiqamətdə atılacaq addımlarda tələsmək istəməyən «yuxarılar» Əli Həsənovun əlindəki əsas silahını da tədrici yolla zərərsizləşdirmə niyyətindədirlər».

Onu da bildirək ki, Əli Həsənov təkcə iqtidara aid medianı siyasi təlimatları və tapşırıqları ilə yönəltmir, həm də bu imkanlarından özünün iqtidar daxilindəki maraqlarının yürüdülməsi üçün də gen-bol istifadə etməkdədir. Doğrudur, bu kimi hallarda daha çox iqtidarın qeyri-rəsmi qaynaqları hesabına ayaqda tutulan dolayı «rəsmi media»nın gücündən istifadə edir. Amma yenə də fakt faktlığında qalır. Əli Həsənov dövlətin gücündən öz maraqları naminə istifadə edir…

Bu barədə daxil olan informasiyada qeyd olunur ki, artıq Əli Həsənovun qərarlaşdığı iqtidariçi cinah özünün tənəzzül dövrünü yaşadığından hakimiyyətin öz mətbuat zonasında böyük dəyişikliklər qərarının icrası da sürətlə həyata keçiriləcək: «Yaxın günlərdə bunun təzahürləri açıq şəkildə duyulacaq».

Geri qayıt