Əsas Səhifə > Cəmiyyət, Manşet > Fətullah Gülənin telekanalında ermənilərin Azərbaycana qarşı mövqeyinə xüsusi önəm

Fətullah Gülənin telekanalında ermənilərin Azərbaycana qarşı mövqeyinə xüsusi önəm


10-03-2014, 13:39
Fətullah Gülənin telekanalında ermənilərin Azərbaycana qarşı mövqeyinə xüsusi önəm
DİA.AZ: - Fətullah Gülənə bağlı telekanallardan birində Qarabağ müharibəsilə bağlı sənədli film yayımlanıb. DİA.AZ-ın verdiyi xəbərə görə, Bugün TV-də 9 martda "Yaşam & Hobi" programında "Savaşta ve Barışta İnsan" adlı sənədli film yayımlayıb.

Erməni jurnalist tərəfindən bu sənədli film Qarabağ müharibəsi zamanı hazırlanıb və müharibədən 10 il sonra yenidən bu erməni jurnalist erməni əsgərlərindən müsahibə alıb.

Gülənə bağlı telekanal "tərəfsiz" sözünü istifadə etsədə erməni döyüşçülərin sözləri heç də bunu deməyə əsas vermir.

Belə ki, sənədli filmdə erməni əsgərlərin "biz öz torpağımızı almağa getmişdik, başqa torpağı işğal etməmişik" fikirləri qardaş ölkədəki Qarabağ savaşından məlumatsız bir şəxsdə hansı təəssüratlar yaratdığını anlamaq elə də çətin deyildir. Erməni başkəsənləri erməni "gözüylə" Türk izləyicilərinə təqdim etməklə yanaşı, sənədli filmə Azərbaycandakı Xocalı qətliamının 5 saniyəlik kadrlarını salmaq olardı. Bu həm tərəfszliyə, həm də qarşı tərəfin mövqeyini yayımlamaq sayılmış olardı.


Geri qayıt