Əsas Səhifə > Cəmiyyət, Manşet > "Xətt dəyişdirilməsi 3 gün, 5 gün olar..."

"Xətt dəyişdirilməsi 3 gün, 5 gün olar..."


8-03-2024, 10:46
"Xətt dəyişdirilməsi 3 gün, 5 gün olar..."
Şərur rayonunun bəzi kəndlərində bir aydan artıqdır ki, təbii qaz gün ərzində uzun fasilələrlə verilir. Buna səbəb qaz xəttlərində təmir işlərinin aparılması göstərilir. Lakin, təbii qazın xəbərdarlıq edilmədən kəsilməsi və yenidən verilməsi yanğın, zəhərlənmə təhlükəsini artırır. Bundan əlavə, qazın uzun müddət kəsilməsi məişətdə də problemlər yaradır.
Belə kəndlərdən biri də Ərəbyengicə kəndidir. Kənd sakinləri “Gündəlik Naxçıvan”a bidirirlər ki, çox zaman təbii qaz səhər tezdən kəsilib, bir də axşam yatmaq vaxtı verilir.
Sakinlərdən B. Məmmədov deyir ki, təmir bir aydır davam etsə də, cəmi 1-2 xətt dəyişdirilib. Şikayətçi bildirir ki, təmirin qəsdən gecikdirilməsi onlarda hər hansı yeyinti və ya korrupsiya halı ilə bağlı şübhələr yaradır:
“Təbbi qazın kəsilməsini qaz xətlərinin guya ki, dəyişdirilməsi ilə əsaslandırırlar. Bunların hamısı bəhanədir. Xətt dəyişdirilməsi 3 gün, 5 gün olar. Bu hadisə bir aydan artıqdır davam edir, demək olar ki, heç bir iş də görülməyib. Gecikdirməkdə məqsəd, yəqin ki, büdcədən pul silib, ciblərinə qoymaqdır. Hələ də havalar soyuq keçir, yemək bişirmək üçün, körpə uşaqlar xəstələnməsin deyə məcbur qalıb elektrik pilitələrindən istifadə edirik. Bu isə həm əlavə xərc aparır, həm də elektrik xətlərinin tez-tez sıradan çıxmasına səbəb olur. Yandırmaq üçün həyətlərdəki ağacları da kəsə bilmirik. Çünki, kəsən kimi polis gəlib cərmələyir. Nə edəcəyimizi bilmirik. Şikayət edəndə də deyirlər ki, iş gedir”.
Adının çəkilməsini istəməyən digər kənd sakini isə deyir ki, aidiyyəti qurumlara şikayət etsələr də heç bir nəticəsi olmayıb:
„5 günlük işi bir aydır bitirə bilmirlər. Görünən odur ki, pul silməklə məşğuldurlar. Bundan isə sakinlər əziyyət çəkirləf. Təbii qazın dayandırılb, verilmə vaxtı da bəlli deyil. Bu ciddi təhlükə yaradır. Hər an yanğına və partlayışa səbəb ola bilər. Şikayət etdik ki, heç olmazsa yemək bişirmək üçün nahar vaxtı əhalini məlumatlandırıb, bir saat da olsa qzı açsınlar, ya da işlərini məsuliyyətlə görüb, başa çatdırsınlar. Heç bir xeyri olmadı”.
Şərur rayon Qaz İstismarı İsarəsindən sakinlərin iddialrına cavab vermək istəmədilər.

Geri qayıt