Əsas Səhifə > Cəmiyyət, Manşet > "Dilənirik, evdə isiq, qaz bir tərəfə, çörək belə yoxdur..."

"Dilənirik, evdə isiq, qaz bir tərəfə, çörək belə yoxdur..."


1-02-2024, 10:27
"Dilənirik, evdə isiq, qaz bir tərəfə, çörək belə yoxdur..."
""Canişin" kimin ayağının altını qazır? 2023-cü ilin mart ayının 16-da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verdi. Sabiq nazir Nicat Babayev vəzifəsindən azad olundu və onun yerinə Ceyhun Ramiz oğlu Cəlilov gətirildi". dia-az.media xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Jurnalist daha sonra bildirir: "Yeni nazir vəzifəyə başlayandan cəmi 3 ay sonra yəni ötən ilin ikinci rübündə Nazirlik hesabat xarakterli bir paylaşım etdi. Paylaşımda göstərilirdi ki, 1808 ailəyə sosial yardım verilir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə bu rəqəm sosial yardıma möhtac böyük əhali kütləsinə erişim demək idi. Çünki ötən ilin ilk ayına qədər Naxçıvanda cəmi 318 ailə dövlətin bu qayğısından yararlana bilirdi.
İl tamamlananda isə bu rəqəm 1265 ailəyə enib. Yəni 6 ay ərzində hardasa 600 ailə sosial yardım alanlar siyahısında ixtisara düşüb. Bu da 33% azalma deməkdir.
Belə görünür ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Təminat naziri eynilə Azərbaycanlı həmkarı kimi dövlət büdcəsinə qənaət etmək fikrinə düşüb.
Bu da azmış kimi, sosial yardıma möhtac Naxçıvan əhalisi yanvar ayı bitməsinə baxmayaraq hələ də dövlət tərəfindən onlara verilən aylıq yardımı ala bilmirlər.
Görünür, “canişin” həzrətləri Prezident seçkilərinə az qalmış bir zamanda seçicilərə sürpriz etmək istəyib. Bəs Naxçıvan kasıbları bu sürpizi necə qarşılayıblar?
Sosial yardıma möhtac Naxçıvan sakinlərindən biri bizə bu barədə yazıb: “Fevral ayı gəldi, hələ də MR-da əlillərə yanvar ayının sosial.muavinet təqaüd yardımı ödənilməyib. Dilənirik, evdə isiq, qaz bir tərəfə, çörək belə yoxdur”.
Nə deyək? Halaldır belə humanist “canişin”ə. Böyük ehtimalla, seçki dövründə kiminsə ayağının altını qazır. Deyəsən fərqində deyil ki, ağasına quyu qazan özü düşər".

Geri qayıt