Əsas Səhifə > Cəmiyyət, Manşet > Şeyxin Səudiyyə səfəri ilə bağlı ilginc məqam – Paşazadə Abdulla əl-Türki ilə “raborka”ya gedir

Şeyxin Səudiyyə səfəri ilə bağlı ilginc məqam – Paşazadə Abdulla əl-Türki ilə “raborka”ya gedir


28-02-2014, 13:44
Şeyxin Səudiyyə səfəri ilə bağlı ilginc məqam – Paşazadə Abdulla əl-Türki ilə “raborka”ya gedir
DİA.AZ: - Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə martın 1-də Səudiyyə Ərəbistanına səfərə yola düşür.

DİA.AZ bildirir ki, A.Paşazadəni səfərə İslam Aləmi Liqasının (İAL) baş katibi Abdulla əl-Türki dəvət edib. QMİ nümayəndə heyəti martın 2-3-də keçirəcək konfransda iştirak etməyi nəzərdə tutur.

Onu da qeyd edək ki, Abdulla əl-Türkinin adı Azərbaycanda son günlər mox eşidilməyə başlayıb. Belə ki, DİA.AZ-a bu barədə yazan vəhabi-nurçu cinahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevi məhz Abdulla əl-Türkinin pullarını yeməkdə ittiham edirdilər və qeyd edirdilər ki, vəhabilərin ana maliyədarı kimi tanınan Abdulla əl-Türki ayrı-ayrı vaxtlarda Rafiq Əliyevə 1 milyon dollara qədər pul xərcləyib.

İndi isə Allahşükür Paşazadə Abdulla əl-Türkinin dəvəti ilə yola düşür. Xatırladaq ki, “İslam aləmi - problemlər və həlli yolları: İslam həmrəyliyi” adı ilə keçirilən konfransda A. Paşazadənin “Günün aktual problemi -İslam həmrəyliyi” məruzəsilə çıxış edəcəyi gözlənilir. Bundan əlavə, QMİ sədrinin Səudiyyə Ərəbistanının həcc naziri və digər rəsmilərlə işgüzar görüşləri gözlənilir.

Burada diqqət çəkən məsələ budur ki, Abdulla ət-Türki vəhabi baxışları ilə seçilən bir isimdir. Bakıya dəfələrlə səfərə gəlib. Bu səfərlərində vəhabiliyi təbliğ əsas hədəf nöqtələrindən biri olub. Hazırda Misirdən Paksitana qədər geniş islam zolağındakı terror aktlarının demək olar ki, hamısının arxasından bu cərəyana məxsus şəxslərin isimləri keçir. Belə bir şəraitdə bu konfransda hansı “islam həmrəyliyi”ndən danışılacağı düşündürücüdür.

Hər halda DİA.AZ-ı bilgiləndirən mənbə də bu məqama diqqət çəkir bildirir ki, əslində Şeyxin bu səfəri daha mox tərəflərin biznes maraqlarındakı problemlərin müzakirəsinə hesablanıb. Çünki son günlər vəhabiləri “incidən” Şeyxin “Həcc biznesi” ilə təhdid olunduğu da kifayət qədər aktualdır...

Geri qayıt