Əsas Səhifə > Cəmiyyət, Manşet > "Atanızın malı deyil, dövləti talamayın..."

"Atanızın malı deyil, dövləti talamayın..."


7-01-2024, 10:55
"Atanızın malı deyil, dövləti talamayın..."
"Vaqif Mustafayev vaxtilə Space tv-ni yaman günə qoydu. 20-yə yaxın maşından cəmi 2-si işlək vəziyyətdə idi. Onlar da yaman gündə işləyirdi. "Cahangir əmi" də (AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərov nəzərdə tutulur -dia-az.media) AZAL-ı böyrüstə qoyub". Bu etirazla telejurnalist İlhamə Əli çıxış edib.

Xaricə uçmaq üçün AZAL-da ciddi təyyarə böhranı olduğunu qeyd edən və hazırda hava limanında olduğunu söyləyən jurnalist daha sonra əlavə edib: "Deyirlər, təyyarə yoxdu. Bu boyda AZAL - Azerbaijan Airlines-da təyyarə yoxdur.

Yoxdur?.. Sistemi düzgün qurun, bilet satışını ona görə edin. 10 manat yeyəndə 1 manat da arxaya atın. Atanızın malı deyil, dövləti talamayın. Od qiymətinə bilet satırsınız, haqqını verin..."

dia-az.media

Geri qayıt