Əsas Səhifə > Cəmiyyət, Manşet > Yəqin ki, ETSN-nin bundan xəbəri yoxdur...

Yəqin ki, ETSN-nin bundan xəbəri yoxdur...


21-12-2023, 10:03
Yəqin ki, ETSN-nin bundan xəbəri yoxdur...
İctimai fəal Elnur Quliyev Qazax rayon 28 saylı «Yol İstismar» MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı ittiham irəli sürüb. O özünün «facebook» səhifəsində bununla bağlı müzakirə açıb.İctimai fəal yazır: Kərəm Məmmədrzayev Qazax və ətraf rayon sakinlərinin gününü qara edib.Belə ki,zəhərli tüstünü intensiv qaydada havaya buraxmaqla əhalinin sağlamlığını,həyatını real təhlükə altına və ölümün pəncəsinə atır.Kərəm Məmmədrzayevə dur deyən olacaqmı?Çox təssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Dövlətinin və Əhalisinin təhlükəsizliyini (Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyası 3.11.) təhdid edən bu qanunsuz hal barədə tədbir görməkdən yayınır.

Qeyd edək ki, ictimai fəalın iddiasına müxtəlif rəylər də yazılıb…

Rustem Veliyev Bəli Konsepsiyada bu və digər hallar Dövlətçiliyimiz üçün təhdidlər siyahısında qeyd edilmişdir. Bu zəhərli tüstü fauna və floranın da məhvinə zəmin yaradır. Bu kimi hallarla bağlı mütləq və operativ tədbirlərin görülməsi Dövlətçiliyimizə xidmətdir.

Yəqin ki, ETSN-nin bundan xəbəri yoxdur...

Mənbə: Media Xəbərləri
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır..

Geri qayıt