Əsas Səhifə > Cəmiyyət, Manşet > Müdafiə Nazirliyində dəncələr dəyişə bilər - Yeni islahatlar gözlənilir

Müdafiə Nazirliyində dəncələr dəyişə bilər - Yeni islahatlar gözlənilir


25-02-2014, 11:46
Müdafiə Nazirliyində dəncələr dəyişə bilər - Yeni islahatlar gözlənilir
DİA.AZ: - Müdafiə nazirliyi daxilində yeni olaylar cərəyan etməkdədir. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən daxil olan informasiyada qeyd olunur.

Məlumatı verən mənbənin söylədikləri: «Artıq yeni nazirin gəlişindən sonra yaranmış eyforiya dövrü geridə qalıb. Zakir Həsənov baş verənlərin tam olaraq fərqindədir. Və görünəni odur ki, Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bu müddət ərzində özünə şəbəkə qurması faktı Zakir Həsənovda ciddi narahatçılıq yaradıb».

Xatırladaq ki, Səfər Əbiyevlə ədavəti olan Nəcməddin Sadıkov Zakir Həsənovun gəlişindən sonra baş verən kadr islahatlarında yetərincə mövqe nümayiş etdirə bildi. Belə ki, təkcə Müdafiə Nazirliyinin özündə baş verən kadr islahatları zamanı yeni təyinat alan 100-ə yaxın yeni işçinin 70 faizinin məhz Nəcməddin Sadıkovun adamlarının olduğu söylənilir. Buna təbii də yanaşmaq olar. Hər halda, Zakir Həsənov Müdafiə Nazirliyində daxili qoşunlardan təyinat alıb. Amma fakt faktlığında qalır və fakt olanı odur ki, dəyişikliklər Sadıkovun istəyincə baş verib.

Son durumla bağlı məlumat verən mənbə iddia edir ki, vəziyyətin məhz bu şəkildə cərəyan etməsi Zakir Həsənov tərəfindən heç də bəyənilməyib və yaxın günlərdə nazirlikdə yeni struktur islahatları gözlənilir: «Əslində bu islahatlar sırf olaraq baş verən kadr dəyişikliklərinə redaktə mahiyyəti daşıyır. Yəni bununla yeni nazir öz dəst-xəttini hiss etdirəcək».

Əlavə bilgiləri verəcəyik. Bizi izləyin…

Geri qayıt