Əsas Səhifə > Cəmiyyət, Manşet > Mərkəzi Bankın rəhbərliyində «Vyana kabusu» - Elman Rüstəmov qurban verilir

Mərkəzi Bankın rəhbərliyində «Vyana kabusu» - Elman Rüstəmov qurban verilir


24-02-2014, 13:42
Mərkəzi Bankın rəhbərliyində «Vyana kabusu» - Elman Rüstəmov qurban verilir
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan və Suriyanın mərkəzi bank sədrlərinin müqavilə əvəzində Avstriya Mərkəzi bankının pulkəsmə bölməsindən rüşvət aldıqları haqda ittihamlar var. Xatırladaq ki, bu barədə ilk olaraq hələ keçən ilin ortalarında vyanalı prokurorlar məlumat yayıb. Onlar Avstriya Mərkəzi bankının sədr müavini də daxil olmaqla dünən 9 nəfərə qarşı rəsmi ittiham irəli sürüblər. İstintaqın gəldiyi nəticəyə görə onlar 2005-2011-ci illər arası müqavilələrə görə, azı 14 milyon avro rüşvət veriblər.

83 səhifəlik ittiham aktına istinadla verilən məlumata görə, Azərbaycan Mərkəzi bankının rəhbəri Elman Rüstəmovla Suriya Mərkəzi Bankının sədri Adib Mayaleh də rüşvət alan məmurlar arasındadırlar. Amma onlara qarşı elə bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, Adib Mayaleh telefonla deyilənləri təkzib edib və bildirib ki, onlar Avstriyada pul çap eləmir, onların Rusiya ilə müqavilələri var. Amma aradan az qala bir ilin keçməsinə və artıq məlum cinayət işi üzrə məhkəmə istintaqının başlamasına baxmayaraq hələ də Azərbaycan Mərkəzi Bankının rəhbərliyi məlum ittihamlar barəsində susur. Daha doğrusu, sanki «belə bir hadisə baş verməyib və istintaq da yoxdur» kimi davranış sərgiləməkdədir.

Amma görüntüdə olanı budur. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, vəziyyət heç də sadə deyil: «Yəni ilk baxışdan belə bir təəssürat yarana bilər ki, rəsmi Bakı vyanalı prokurorların ittihamlarını araşdırmır. Amma elə deyil və artıq ilkin təəssüratlar da var».

Mənbəmizin iddialarına görə, hətta bu araşdırmalar Elman Rüstəmovu bitirəcək həddə qəjdər yetişib: «Təbii ki, rəsmi Bakı Elman Rüstəmovu məhz Vyanadan gələn ittihamlar əsasında «vurmayacaq». Amma qərar verilib və yaxın günlərdə Mərkəzi Bankın rəhbərliyində dəyişiklik gözlənilir və «səhhətindəki problemlərlə» əlaqədar Elman Rüstəmov könüllü şəkildə vəzifəsindən istefa verəcək».

Məlumatı verən qaynaq onu da əlavə edib ki, bu istefa ilə yanaşı, MB-dən daha bir neçə nəfərin də gedişi gözlənilir.

Geri qayıt