Əsas Səhifə > Cəmiyyət, Manşet > Abbas Abbasov rəsmi Bakı ilə barışmağa çalışır - RATİ şefi araya vasitəçi də salıb

Abbas Abbasov rəsmi Bakı ilə barışmağa çalışır - RATİ şefi araya vasitəçi də salıb


19-02-2014, 12:23
Abbas Abbasov rəsmi Bakı ilə barışmağa çalışır - RATİ şefi araya vasitəçi də salıb
DİA.AZ: - Son zamanlar mətbuatdan uzaq qaçmağa çalışan Azərbaycan baş nazirinin sabiq müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasov Bakı ilə münasibətlərini qaydasına sala bilməsi üçün yenidən hərəkətə keçib.

Bu barədə DİA.AZ-a daxil olan informasiyadan aydın olur ki, «Milyarderlər İttifaqı» kimi tanınan RATİ-nin sədri hətta hazırda vəzifə başında olan nazirlərdən birini də araçı kimi müəyyənləşdirib: «Həmin nazirin kimliyini təxmin etmək çox asandır. Amma vasitəçilik missiyasının uğurla başa çatdırılması indiki şəraitdə imkansız kimi görünür».

Xatırladaq ki, buna qədər də Abbas Abbasovun anoloji qaydada münasibətlərdəki gərginliyi qaldırmağa cəhdlər etdiyi məlumdur.

Abbas Abbasov rəsmi Bakı ilə barışmağa çalışır - RATİ şefi araya vasitəçi də salıb

O ki qaldı vasitəçilik missiyasını boynuna götürən məmurun kimliyinə - həmin şəxsin nəqliyyat naziri Ziya Məmmədov olduğu güman edilir. Qeyd edək ki, Ziya Məmmədov «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovla dostluq münasibətlərindədir. Abbas Abbasov da eyni qaydada tanınmış iş adamı ilə dost əlaqələrində olmaqla yanaşı, «AST» Şirkətlər Qrupunda vitse-prezident postunu da tutur.

Geri qayıt