Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçıları ilə bağlı dəyişiklik qərarı veriləcək...

İcra başçıları ilə bağlı dəyişiklik qərarı veriləcək...


11-10-2023, 11:38
İcra başçıları ilə bağlı dəyişiklik qərarı veriləcək...
DİA.AZ: - Noyabr ayından eibarən icra hakimiyyəti başçıları ilə bağlı dəyişiklik qərarı veriləcək. Bu barədə DİA.AZ-a hökuumətdəki möəbər mənbə xəbər verib.

Qaynaq iddia edir ki, regional idarəetmə sistemi sözügedən istiqamədə tətbiq olunmasa da (halbuki bu prosesin tədarükü gedirdi -red.), kadr islahatları yaxın günlərdə baş verəcək və total xarakter daşıyacaq.

Mənbənin dia.az-a söylədikləri: "Barələrində şikayət olan başçılar ilk sırada dəyişdiriləcək. Çünki bu gün daha ciddi mərhələdə olan və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirən rəsmi Bakının hansısa əlavə proseslərə yüklənməsi arzuolunan deyil. Ona görə də ilk başdan məhz narazılıq yaradan icra başçıları çıxdaş ediləcək".

Qeyd edək ki, DİA.AZ-a noyabr ayndan etibarən başlayacaq və ilin sonuna qədər davam edəcək icra başçılarının ələmə prosesində kimlərin yolaa salınacağı ilə bağlı da məlumat daxil olub.

Həmin siyahını yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

Geri qayıt