Əsas Səhifə > Cəmiyyət, Manşet > "Ayağımızın altını görmək üçün fənər yandırıb gəzirik..."

"Ayağımızın altını görmək üçün fənər yandırıb gəzirik..."


13-08-2023, 12:43
"Ayağımızın altını görmək üçün fənər yandırıb gəzirik..."
DİA.AZ: - "Xaçmazın "Şəxsiyyətlər parkı"nın işıqları yanmır. Bəlkə də işləkdir, ancaq yandırılmır". DİA.AZ bildirir ki, bunu gileyində rayon sakini, ictimai fəal Vüsal Yurdoğlu bildirib.

"Bəlkə, işığı ordakı işıqlı şəxsiyyətlərin heykəllərindən, büstlərindən gözləyirik?!" deyə problemə ironik reaksiya verən narazı vətəndaş daha sonra bildirib:

"Ümumiyyətlə, şəhərdə işıqlandırma zəifdir, yollar çala-çuxurdur, ayağımızın altını görməkçün, yıxılmamaqçün telefonun fənərini yandırıb gəzirik. Şəhərin qaranlığından adamın qanı qaralır".

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyəti olan qurum və şəxsləri dinləməyə hazırıq..


Geri qayıt