Əsas Səhifə > Cəmiyyət, Manşet > Ermənistan müdafiə nazirliyi Zakir Həsənovun məlumatlarını oğurlayır

Ermənistan müdafiə nazirliyi Zakir Həsənovun məlumatlarını oğurlayır


11-02-2014, 13:50
Ermənistan müdafiə nazirliyi Zakir Həsənovun məlumatlarını oğurlayır
DİA.AZ: - Hər zaman Azərbaycana aid tarixi, mədəni dəyərləri, hətta əraziləri belə oğurlamaları ilə diqqətə gələn ermənilər bu dəfə Azərbaycana aid məlumatları oğurlaması ilə nəzərləri cəlb edib. DİA.AZ bildirir ki, neçə müddətdir, xüsusən son iki ayda Ermənistanın müdafiə nazirliyi adından yayılan informasiyaların əslində Azərbaycanın müdafiə nazirliyinə aid olan informasiyaların eynisi olduğu, sadəcə əks qütbdən məlumatın verildiyi aydın olur.

Deyə bilərsiniz ki, burada nə var ki, əgər səngərin bir yanında onlardısa, digər yanında da bizik və belə də olmalıdır. Amma diqqətçəkəni odur ki, Ermənistan müdafiə nazirliyi adından verilən bütün informasiyalar Azərbaycan müdafiə nazirliyi adından verilən informasiyaların cümləbəcümlə təkrarıdır.

Ermənistan müdafiə nazirliyi Zakir Həsənovun məlumatlarını oğurlayır

Yəni bu da o deməkdir ki, Ermənistanın müdafiə nazirliyi ya cəbhədə baş verənlərlə bağlı informasiya toplama mexanizmasına malik deyil, ya da Ermənistan MN-nin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan özünə əziyyət vermək istəmir. Amma hər iki halda məsələnin məğzi dəyişmir. Yəni ermənilər öz xislətlərinə uyğun olaraq yenə də oğurluq edirlər.

DİA.AZ bildirir ki, bütün bunların fakt olduğunu elə sadəcə olaraq son bir həftə ərzində Ermənistan MN adından yayılan cəbhə xəbərlərini izləməklə də ayırd etmək mümkündür…

Geri qayıt