Əsas Səhifə > Cəmiyyət, Manşet > ARIN-ARXAYIN BAŞÇI... camaatın dərdinə də dırnaqarası baxır...

ARIN-ARXAYIN BAŞÇI... camaatın dərdinə də dırnaqarası baxır...


2-08-2023, 09:41
ARIN-ARXAYIN BAŞÇI... camaatın dərdinə də dırnaqarası baxır...
DİA.AZ: - DİA.AZ: - Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etmişdik və ardından da bu yazıya reaksiya verən Qəbələ RİH-in cavabına uyğun materialımızı da diqqətə çatdırdıq.

Sonunu YAZI BURADA: Şəhid ailəsinin haqqına girən Qəbələ RİH-in UTANMAZ YALANI - Başçı Şəhid ailəsi ilə ÜZ-ÜZƏ...

Görünəni odur ki, təqdim etdiyimiz faktlar Qəbələ Rİh üçün əhəmiyyət kəsb etməyib, ya da elə səsləndirilən problemləri qulaqardına vurmaq bu dövlət qurumu üçün adi bir haldır. Hər halda, ikinci variantın olmadığına əmin olmaq istərdik. Amma məsələ heç də bizim arzularımızla formalaşmır. Və aydın görünür ki, özünü arın-arxayın hiss edən Qəbələinin həşəmətli icra başçısı Səbuhi Abdullayev torpağını mənimsədiyi Şəhid Ailəsinin dərdinə çarə etmək əvəzinə, bu problemi işıqlandıran mətbuatı qərəzdə suçlayır...

ARIN-ARXAYIN BAŞÇI... camaatın dərdinə də dırnaqarası baxır...

Sosial şəbəkədə DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoyla yuxarıdakı dialoqu quran Qəbələ RİH-in göründüyü kimi, robot-cavablayıcıdan hansısa fərqi sezilmir. Elə tutuquşu kimi bir cavabı əzbərləyib durublar: "Məlumat üçün bildiririk ki, qeyd etdiyiniz məsələlər həqiqətə uyğun olmayaraq, qərəzli şəkildə yazılmışdır".

Yuxarıdakı fotodan da aydın olur ki, haqlı olaraq saytımızın baş redaktoru Qəbələ RİH-ə aşağıdakı cavabı verib:

"Məlumat üçün bildiririk ki, burda bir yalan söyləyən tərəf varsa, o da sizsiniz ki, doru-dürüst izahat vermək əbəzinə, robot kimi eyni cavabı təkrarlayır, bizi qərəzlilikdə ittiham edirsiniz... Ondansa, gedin, ŞƏHİD AİLƏSİNİN problemini HƏLL EDİN... Qanunlardan qorxmursunuzsa, Allahdan qorxun..."

Yəni bizə lazım olanı problemin həll olunmasıdır. Yoxsa ay Səbuhi müəllim, bu illər ərzində DİA.AZ-da sizə qarşı hansısa qərəz olubmu ki, indi də sizin "avtootvetçik"iniz bizi qərəzdə ittiham edir?.. Hər şeyi öz arşınızla ölçməyin. Yenə də təkrarlayırıq: HEÇ OLMASA ALLAHDAN QORXUN... Haqqına girdiyiniz ailə bu Vətən uğrunda CAN QURBANI VERİB...

Məsələ diqqətimizdədir. Qarşı tərəf olaraq Qəbələ RİH-in istənilən tutarlı izahatını yaymağa hazırıq...


Geri qayıt