Əsas Səhifə > Cəmiyyət, Manşet > Mürsəlovdan şikayətlər PA-da ÖRT-BASDIR EDİLİRMİŞ...

Mürsəlovdan şikayətlər PA-da ÖRT-BASDIR EDİLİRMİŞ...


21-07-2023, 09:54
Mürsəlovdan şikayətlər PA-da ÖRT-BASDIR EDİLİRMİŞ...
Gədəbəyon Söyüdlü kəndində baş verən etirazlar bu rayonun icra başçısı Orxan Mürsəlovun da fəaliyyətini gündəmə gətirib.

Belə ki, indiyədək yerli əhalinin problemlərinə biganə yanaşan icra başçısı hadisələrin ilk günündə insanlara mənfi və aqressiv münasibəti ilə özünü ifadə edib.

DİA.AZ bildirir ki, gununsesi.info-ya daxil olan bir xəbərdə Orxan Mürsəlovun özünə bu əminliyinin səbəbindən bəhs olunur.

Belə ki, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbəri postundan əvvəl Prezident Administrasiyasında çalışan Orxan Mürsəlov özü haqqında bu quruma gedən şikayətləri ört-basdır etdirirmiş.

Vaxtilə, PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsində çalışan Orxan Mürsəlov keçmiş iş yoldaşları vasitəsi ilə özü haqqında gedən ərizə və şikayətləri hansısa yuxarı instansiya qurumuna deyil, özünün üstünə yazılmasına nail olub.

Mənbəmizin sözlərinə görə, Orxan Mürsəlovdan davamlı yazılan şikayətlər isə ümumiyyətlə, reaksiyasız qalırmış.

Geri qayıt