Əsas Səhifə > Cəmiyyət, Manşet > Çeşməli sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR...

Çeşməli sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR...


3-07-2023, 10:20
Çeşməli sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR...
DİA.AZ: - Tovuz rayon Çeşməli kəndinin sakinləri yerli rəhbərliyin biganəliyindən bezdiklərini ifadə edərək ölkə başçısına müraciət ünvanlayıblar.

Bu barədə DİA.AZ vasitəsilə müraciətlərini çatdıran adıkeçən kəndin sakinləri bildirir ki, neçə müddətdir onların kəndlərini digər kəndlərlə əlaqələndirən körpü qəzalı vəziyyətə düşsə də, əlaqədar qurumlar bu barədə ən yaxşı halda susur.

Çeşməli sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR...

Çarəsiz qalaraq Prezident İlham Əliyevdən kömək istəyən kənd sakinıləri yazır:

"Çeşməli kəndini digər kəndlərlə birşədirən Buzlu körpüsündən hər keçdikdə Allaha dua etməli oluruq. Aşkar şəkildə qəzalı vəziyyətdə olan körpünün halından yerli məmurların xəbərləri olsa da, kimsə tədbir görmür.

Biz də dia.az vasitəsilə, hörmətli Prezidentimizdən kömək istəyirik..."

Çeşməli sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR...

Qeyd edək ki, Çeşməli sakinləri körpünün təmir olunması və yaxud da yenisi ilə əvəzlənməsi üçün imzatoplama kampaniyasına da başlamağı qət ediblər.

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurumların mövqeyini dia.az olaraq işıqlandırmağa hazırıq...

Geri qayıt